Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > “Bakı şərabları” satışa araq əvəzinə su çıxardı
“Bakı şərabları” satışa araq əvəzinə su çıxardı9-01-2014, 15:57 |
|
DİA.AZ: - Bakıda satışda saxta spritli içkilər var. Bu barədə DİA.AZ-a paytaxt sakinləri məlumat verib. Şikayətçilərin bildirdiyinə görə, bu gün Bakıdakı marketlərin birində В«QranitВ» adlı yarım litrlik butılkada araq alıblar: В«Biz onu içdikdə araq əvəzinə butılkadan su süzüldü. Hər halda, bu məsələdə arağı satan dükanın günahının olması ağlabatan deyil. Çünki butılkanı özümüz açmışıq. Amma oradan araq əvəzinə araq qoxusu gələn su süzülüb. Dərəcəsini də ölçdük, əmin olduq ki, yenicə olaraq satışa buraxılan В«QranitВ» adlı araq təmiz sudur. Sadəcə olaraq arağın qoxusu gəlirВ». Onu da bildirək ki, sözügedən arağı redaksiyamıza təqdim ediblər. Və biz də butılkada suyun olduğuna əmin olduq. Ağzı rezinli olan butılkanın isə sonradan kənar müdaxilə ilə doldurulmasının imkansız olduğuna da əmin olduq. Qeyd edək ki, В«QranitВ» adlı araqlarının şüşəsinin üzərində istehsalçı kimi В«Bakı şərablarıВ» göstərilib. Ünvan olaraq isə В«Bakı şəhəri, F.Yusifov küçəsi 16В» göstərilib.
Geri qayıt |