Əsas Səhifə > Güney Press / Ana xəbər > Surət Hüseynov yenidən meydanda

Surət Hüseynov yenidən meydanda


9-01-2014, 12:11
Surət Hüseynov yenidən meydanda
“Qazilər Fondu” müharibə əlillərinə sosial ardımlar edəcək

Sabiq baş nazir Surət Hüseynov “Qazilər Fondu” təsis edib. Bu barədə "teref.info" portalında məlumat yayılıb. Məlumatı dqiqləşdirmək üçün S.Hüseynovun özü ilə əlaqə saxladıq. O, məlumatı təsdiqlədi. Bildirdi ki, müharibə əlili Zaur Həsənovun intiharı onu sarsıdıb və buna görə də Qarabağ müharibəsi veteranlarına yardım etmək üçün belə bir fond yaradıb: “Hesab edirəm ki, müharibə veteranları Azərbaycan xalqının çox qiymətli bir kəsimidir. Onları sosial müdafiəsiz buraxmaq olmaz. Bundan əlavə, mən özüm də bu proseslərdə iştirak etmişəm və onları özümə qardaş hesab edirəm. Səngər dostluğundan daha qiymətli heç nə ola bilməz. Bu insanlara azacıq da olsa xeyrimiz dəyə bilərsə, özümü xoşbəxt hesab edərəm. Azərbaycan Qazilər Vəqfi heç bir siyasətə qarışmadan fəaliyyət göstəcək. Xahiş edirəm, bunu da qeyd edin”.

Geri qayıt