Əsas Səhifə > Güney Press / Ana xəbər > Qaradağdakı sahibkarlar: В«Problem yoxdurВ»

Qaradağdakı sahibkarlar: В«Problem yoxdurВ»


8-01-2014, 12:58
Qaradağdakı sahibkarlar: В«Problem yoxdurВ»
DİA.AZ: - Dünən portalımızda məlumat verilərək bildirilirdi ki, Qaradağ rayonu ərazisində yerləşən obyektlərlə bağlı problemlər yaranıb. Belə ki, yazıda rayonun Sahil qəsəbəsində yaşayan sahibkarların icra hakimiyyətindən narazı olduqları bildirilirdi.

Bununla bağlı DİA.AZ-a danışan sahibkarlardan biri bildirdi ki, əslində yazılanlar heç də reallığı əks etdirmir. Sahibkarın sözlərinə görə, bu məlumatı mətbuata ötürənlər də hansısa maraqdan çıxış edir və Qaradağ rayonu ilə bağlı yanlış təəssürat oyatmağa çalışır.

Biz də DİA.AZ olaraq bildiririk ki, əslində verdiyimiz xəbərdə kiminsə maraqlarına xidmət etməyi düşünməmişik. Və yaranmış narahtçılığa görə, bütün tərəflərdən, həmçinin icra başçısı Süleyman Mikayılovdan üzrxahlıq edirik.

Mövzu diqqətimizdədir.

Geri qayıt