Əsas Səhifə > Güney Press / Manşet > Naxçıvanda daha bir KORRUPSİYA YUVASI...

Naxçıvanda daha bir KORRUPSİYA YUVASI...


29-11-2022, 12:36
Naxçıvanda daha bir KORRUPSİYA YUVASI...
DİA.AZ: - “Naxçıvandan şikayət məktubları” silsiləsindən DİA.AZ olaraq növbətisini təqdim edirik. “Muxtar Respublikanın Təhsili naziri sınaq imtahanı adı altında hər ay külli miqdarda pul yığır” deyə iddia edən Naxçıvan sakini daha sonra yazır:

"Təhsil nazirliyi məktəblərdə uşaqlardan yığılan pul əlehinə olmalıdı, saf gələcəyimizin beynində belə şeylərin formalaşmağına qoymamalıdır. Di gəl Naxçıvan təhsil nazirliyi məktəblərdə korrupsiyanı yığışdırmaq əvəzinə hər ay zorla uşaqlardan sınaq pulu yığır. Dövlət qurumu tərkibində yaratdığı Özəl Kurs vasitəsi ilə sınaq adı altında hər ay külli vəsait toplayır.

Ağına-bozuna baxmadan hər uşaq pul verməlidir. Hər rayonda dövlətin məktəblərin kurs adı ilə özəl quruma çeviriblər. Dərsdən sonra məktəblərdə keçirilməli dərnəklər yerinə, Təhsil Nazirliyi ödənişli kurs həyata keçirilir. Müəllimlə uşağı pul yığmaq üçün üz-üzə qoyan bir təhsil naziri düşünün. Biabırçılığın səviyyəsini o zaman anlarsınız".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt