Əsas Səhifə > Güney Press / Manşet > FHN ləğv olunacaq, Kəmaləddin Heydərov Ziya Məmmədovun taleyini yaşayacaq...
FHN ləğv olunacaq, Kəmaləddin Heydərov Ziya Məmmədovun taleyini yaşayacaq...19-08-2022, 16:24 |
|
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi Zaur Mirzəyevlə bağlı qalmaqal hələ də müzakirə mövzusudur. DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, müzakirələrdə fövqəladə nallar naziri Kəmaləddin Heydərovun istefaya göndəriləcəyi, yaxud da nazirliyin ləğv ediləcəyi barədə iddialar səsləndirilir. Kəmaləddin Heydərov hələ hakimiyyət komandasının yenilənməsi mərhələsinin başlanğıcında diqqət mərkəzində idi. Hesab edilirdi ki, artıq "fövqəlnazir”in də karyerasına son qoymağın vaxtı çatıb. Bu barədə mediada müxtəlif məlumatlar yayılır, iddialar səsləndirilirdi. Lakin Kəmaləddin Heydərov bu dalğada özünü qoruya bildi. Ramiz Mehdiyev, Əli Həsənov və hakimiyyətin bu kimi digər odioz fiqurları vəzifələrini itirsə də, cənab Heydərova toxunulmadı. Bundan sonra FHN-nin ləğvi məsələsi gündəmə gəldi. Bu məsələ barədə indi də danışılır. Bildirilir ki, Kəmaləddin Heydərov da keçmiş nəqliyyat naziri Ziya Məmmədov kimi yola salınacaq. Yəni, FHN ləğv edilərək tabeli qurumları müvafiq nazirliklər arasında bölüşdürüldükdən sonra Kəmaləddin Heydərov işsiz qalacaq. FHN 2006-cı ildə yaradılıb. Qurum yaranandan Kəmaləddin Heydərov onun rəhbəridir. Yəni o, artıq 16 ildir nazirdir. Bundan əvvəl isə 11 il Dövlət Gömrük Komitəsinə rəhbərlik edib. FHN Azərbaycanda ən iri qurumlardan hesab edilir. Hazırda FHN-nin tərkibində 19 qurum fəaliyyət göstərir. Bunlar aşağıdakılardır: Dövlət Yanğından Mühafizə Xidməti Dövlət Yanğın Nəzarəti Xidməti Mülki müdafiə qoşunları Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Su Ehtiyatları Dövlət Agentliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xüsusi Riskli Xilasetmə Xidməti Xəzər Hövzə Qəza-xilasetmə Xidməti Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi В«İzotopВ» xüsusi kombinatı Əməliyyat-istintaq idarəsi Əsaslı Tikinti idarəsi Maddi-Texniki Təchizat İdarəsi Aviasiya dəstəsi Fövqəladə Hallar Nazirliyinin Akademiyası İdman-sağlamlıq klubu Tibb Xidməti Bundan başqa, nazirliyin 9 regional mərkəzi var: Bakı Regional Mərkəzi Sumqayıt Regional Mərkəzi Şimal-Qərb Regional Mərkəzi Şimal Regional Mərkəzi Gəncə Regional Mərkəzi Aran Regional Mərkəzi Muğan Regional Mərkəzi Qarabağ Regional Mərkəzi Cənub Regional Mərkəzi Nazirliyin strukturuna gəlincə, qurumda 8 baş idarə və 6 idarə fəaliyyət göstərir: Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsi Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi Kadr siyasəti Baş idarəsi Maliyyə-iqtisadiyyat Baş idarəsi Baş əməliyyat idarəsi Mülki müdafiə işinin təşkili Baş idarəsi Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi İdarələr isə aşağıdakılardır: Hüquq idarəsi İctimaiyyətlə əlaqə idarəsi Beynəlxalq əlaqələr idarəsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi Komendant xidmətinin təşkili və texniki təminat idarəsi Nəzarət-təftiş idarəsi Kəmaləddin Heydərov həm də ən çox müavini olan nazirdir. Onun hazırda 8 müavini var: Rəfail Xalid oğlu Mirzəyev (Birinci müavin) Faiq Cavad oğlu Tağı-zadə Etibar Böyükbəy oğlu Mirzəyev Ragim Əhəd oğlu Lətifov Orucəli Məmməd oğlu Hacıyev Teymur Ramiz oğlu Mehdiyev Tapdıq Əhliman oğlu Əmiraslanov Nazim Xeyrulla oğlu Məmmədov Ekspertlər hesab edir ki, FHN-nin bu qədər "şişirdilməsinə” ehtiyac yoxdur. Yeri gəlmişkən, nazirlik yaradılmamışdan əvvəl Nazirlər Kabinetində Fövqəladə Hallar üzrə Komissiya fəaliyyət göstərib. Geri qayıt |