Əsas Səhifə > Güney Press / Manşet > Əsabil Qasımov UN SATIŞINI DAYANDIRDI
Əsabil Qasımov UN SATIŞINI DAYANDIRDI14-03-2022, 15:59 |
|
Ölkədə un istehsalçısı olan əksər müəssisələr dünəndən etibarən unun satışını dayandırıb. DİA.AZ xəbər verir ki, bu barədə Gununsesi.info-ya un satışı ilə məşğul olan sahibkarlar deyib. Məlumata görə, unun topdan satışının dayandırılması yaxın günlərdə gözlənilən bahalaşma ələ bağlıdır. Gununsesi.info-nun əməkdaşı bu məlumatı dəqiqləşdirmək üçün un istehsalı ilə məşğul olan “Karmen” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən unun topdan satışının qeyi-müəyyən müddətə dayandırıldığı təsdiqlənib. Xatırladaq ki, son aylar ərzində unun qiymətində xeyli artım olub. Geri qayıt |