Əsas Səhifə > Güney Press / Manşet > Cavid Qurbanov da GEDİR...

Cavid Qurbanov da GEDİR...


11-02-2022, 17:03
Cavid Qurbanov da GEDİR...
DİA.AZ: - Həm “Azərbaycan Dəmir Yolları” QSC-nin və həm də AZAL-ın da rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, gələn həftə bu dəyişikliklərdən növbətisi - Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyindən alınması gözlənilir.

Qeyd edək ki, dünən SOCAR-ın rəhbəri Rövnəq Abdullayev vəzifəsindən azad edilərək İqtisadiyyat nazirinin müavini təyin olunub.

Mənbə diaaz.space-a bildirir ki, Rövnəq Abdullayevidən fərqli olaraq Cavid Qurbanovun təkrar etimada layiq görülməsi gözlənilmir:

"Camaat onun həbsini gözləyir... Nə yeni vəzifə?"

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt