Əsas Səhifə > Güney Press / Manşet > Sovet Rusiyasının Azərbaycana hücumundan 32 İL KEÇİR...

Sovet Rusiyasının Azərbaycana hücumundan 32 İL KEÇİR...


20-01-2022, 08:41
Sovet Rusiyasının Azərbaycana hücumundan 32 İL KEÇİR...
DİA.AZ: - Bəli, düz 32 il əvvəl SSRİ adlanan şər imperiyanın ana parçası olan sovet Rusiyası Azərbaycana qoşun yeridərək xalqımızın Milli Azadlıq mübarizəsini əzməyə çalışdı. Amma alınmadı... O zaman bizlər xalq olaraq müstəqilliyə necə təşnə olduğumuzu, o zaman dünyanın ən güclü silahlı gücü hesab olunan sovet ordusundan belə çəkinmədiyimizi nümayiş etdirdik.

DİA.AZ bildirir ki, məhz həmin tarixi anların bəhrəsi olaraq SSRİ - bəlkə də bəşəriyyətin ehtiyat etdiyi SSRİ adlı şər yuvasının ilmələri Bakıdan sökülməyə başladı ki, bunda da Azərbaycan xalqının müstəsna xidmətləri var idi.

20 Yanvar tarixi Azərbaycan türkü üçün bir qəhrəmanlıq tarixidir və bu tarixin bəhrəsi olaraq azadlığı, dövlət olaraq müstəqilliyi daddığımız kimi hazırki milli dövlətçilik ənənələrimizin möhkəmliyini də yaşamaqdayıq.

Digər əksər sovet xalqlarından fərqli olaraq müstəqilliyi uğrunda qurbanlar vermiş Azərbaycan xalqı bu günkü gündən də gözəl xoşbəxtliklərə layiqdir.

Uca Tanrı bütün Şəhidlərimizi nura qərq etsin...

Tanrı millətimizi qorusun!

DİA.AZ

Geri qayıt