Əsas Səhifə > Güney Press / Manşet > "Şair Alxasov Dağıstanın yarısını alıb eee..."
"Şair Alxasov Dağıstanın yarısını alıb eee..."13-12-2021, 15:29 |
|
DİA.AZ: - Az əvvəl məlumat verərək bildirmişdik ki, gələn ildən 3 rayonun - Astara, Yardımlı və Qusar rayonllarının rəhbərlərinin dəyişdirilməsi gözlənilir. Bununla bağlı yaydığımız xəbərə maraqlı reaksiya gəlib. Belə ki, DİA.AZ-a yazan Qusar sakinləri adından müraciətdə deyilir ki, Şair Alxasovun vəzifədən çıxarılması, yəni onun sakit şəkildə, barəsində heç bir hüquqi addımın atılmaması şəraitində yola salınması Qusarın icra başçısı üçün ən arzuolunan bir haldır. Sakinlər DİA.AZ-a yazır: "Şair Alxasov Allahdan arzu edir ki, belə bir rahatlıqla yola salınsın. Bu gün o, Qusarda talamadığı yer qoymayıb. Qusarda oğurladıqlarının bir hissəsini də Dağıstana yatırıb. Dağıstana yatırmayıb eee, Dağıstanın yarısını satın alıb. Bu gün onun Dağıstanda parnikləri də var, obyektləri də. Nəyinə lazımdır, Qusarda təhlükəli vəzifə". Sakinlər iddia edir ki, ona görə də Alxasov elə sakit şəkildə getməyi arzulayır: "İstəyir ki, ondan aın tarixini belə soruşmasınlar..." İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |