Əsas Səhifə > Güney Press / Manşet > Goranboyun mərkəzində RƏSMİ OĞURLUQ...
Goranboyun mərkəzində RƏSMİ OĞURLUQ...25-08-2021, 14:40 |
|
DİA.AZ: - Goranboyun mərkəzində yerləşən Saat Qülləsində RƏSMİ səviyyədə oğurluq baş verib. Bu barədə DİA.AZ-a yazan Goranboy sakinləri bildirir ki, hələ keçmiş icra başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin vaxtında Goranboy rayon mərkəzində inşa edilmiş Saat Qülləsindəki saatlar oğurlanıb. əvvəl belə olub Sakinlər diaaz.space-a yazır: "Bu qüllədə 4 ədəd saat olub. Bahalı saatlar idi. Deyirlər ki, keçmiş başçı bu saatları öz hesabına alıbmış. İndi isə həmin bahalı saatlar təzə icra başçısının göstərişi ilə sökülüb. Yəqin hansısa məmurun bağ evini bəzəyir..." İndi isə belədir Sakinlər diaaz.space-a bildirir ki, Goranboy RİH rəhbəri postuna gələndən sonra rayonda milli-vətənpərvərlik ruhunun aşılanmasında da əcaib mənzərə formalaşıb: "Məsələn, Goranboyda köhnə sovet dövrünün saxta qəhrəmanlarından olan Qatır Məmmədin heykəli var. Əvvəlki başçıların heç biri bu heykələ diqqət ayrımamışdılar. Amma təzə başçı gələndən sonra Məhərrəm Quliyev Qatır Məmmədin heykəlinə əməlli-başlı qullu etməkdədir ki, bu da yerli sakinlər tərəfindən birmənalı qarşılanmır". Onu da xatırladaq ki, Məhərrəm Quliyevin adı bu günlərdə daha bir olayla diqqətə gəldi. Belə ki, iki jurnalisti həbs etdirən icra başçısı bu yolla barəsində səslənən ittihamları, Goranboy mənzərələrinin işıqlandırılmasını önləməyi qəsd etmişdi. Hər halda, bunu da sakinlər deyirlər... İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |