Əsas Səhifə > Güney Press / Manşet > Həbs sırası HANSI BAŞÇIDADIR?..
Həbs sırası HANSI BAŞÇIDADIR?..16-07-2021, 15:42 |
|
DİA.AZ: - Əsasən, ikinci Qarabağ savaşı ərəfəsi cərəyan edən ayrı-ayrı rayonların icra başçılarının həbsi prosesi yenidən aktuallaşmaq üzrədir. Doğrudur, Vətən Savaşından sonra da sözügedən qəbildən olan həbslər baş verdi. Məsələn, Şəmkirin oliqarx-başçısı Alimpaşa Məmmədov qeyd olunan prosesin qurbanlarından oldu. Amma intensivlik baxımdan cəzalandırmalar bir qədər ertələnmiş kimi göründü. DİA.AZ-a bu məsələyə ilə bağlı açıqlama verən hökumətdəki mənbənin iddialarına görə, amma əslində hökumətin içindəki "antikorrupsiya təmizləmələri" hələ bitməyib... Əksinə daha sıx ardıcıllıqla davam edəcək. Mənbənin diaaz.space-a söylədikləri: "Yaxın günlərdə yeni həbslər olacaq. İki "favorit" isim var. Onlarla bağlı sərt cəza tədbirlərinin görüləcəyi istisna deyil". Mənbə "ələyi ələnən" icra başçılarının adlarını da çəkib: "Burada söhbət Qusar və Samux RİH başçılarından gedir. Eyni zamanda Gədəbəy və Goranboy RİH rəhbərləri də hədəfdədir. Sırada kim birincidir?.. Bunu ALİ SİYASİ İRADƏ təbii olaraq müəyyən edəcək..." Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |