Əsas Səhifə > Güney Press / Manşet > Yardımlıda rəsmən TALAN VAR...
Yardımlıda rəsmən TALAN VAR...6-01-2021, 12:53 |
|
2020-cu ildə Yardımlı rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 301 min 522 manat məbləğində 5 tender keçirilib. diaaz.space-ın məlumatına görə, İcra hakimiyyəti 4 tenderə 1 milyon 277 min 779 manat xərcləyib. Yardımlı Rayonun İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi "Göy-Göl Tikinti" MMC (754 min 111 manat) olmuşdur. "Göy-Göl Tikinti" MMC eyni zamanda 4 tenderdən 3-nün qalibidir. Yardımlı Rayon Maliyyə İdarəsi tək tender keçirib ki, məbləği 23 min 743 manat, qalibi isə Amaşov Hamlet Ehtimat oğlu olmuşdur. diaaz.space 2020-cu ildə Yardımlı Rayonunda keçirilən tenderləri təqdim edir. diaaz.space bildirir ki, Yardımlı icra hakimiyyətində tenderlərin qalibi kimi tanınan "Göy-Göl Tikinti" MMC şirkəti heçə də özgə birisinə aid deyil. Yerli KİV-də iddia olunan məlumatlara görə, sözügedən şirkət Yardımlı rayon İcra Hakimiyyəti Başçısının müavini Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin müdiri Mirzəyev Mahir Xanış oğluna məxsusdur. Görünəni odur ki, Yardımlı RİH rəhbərliyi büdcə pullarını mənimsəmək üçün özlərini heç çətinə də salmaq istəmirlər. ![]() İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəflıri dinləməyə hazırıq... Geri qayıt |