Əsas Səhifə > Güney Press / Manşet > Smart sayğaclar mexaniki sayğaclarla niyə əvəzlənir?
Smart sayğaclar mexaniki sayğaclarla niyə əvəzlənir?7-09-2020, 12:57 |
|
“Ötən ildən “Azəriqaz” smart tipli sayğaclardan istifadəni dayandırıb. Bakıdakı 2 milyona yaxın əhali abonentlərin smart tipli sayğacları tədricən mexaniki qaz sayğacları (Zenner G-4, və Natek G-4,) ilə əvəz olunur”. Cebhe.info xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib. O deyib ki, mexaniki sayğaclar 2018-ci ilin sonundan alınmağa başlanıb: “Mütəxəssislər bu sayğacları keyfiyyətsiz hesab edirlər. Bu halda bir neçə suala cavab almaq istərdim: 8 il bundan öncə çox baha qiymətə (220-250 AZN) aldığınız smart tipli sayğacı niyə yenidən mexaniki sayğacla (60-65 AZN) əvəz edirsiniz? İstismar müddəti qurtarıbsa, niyə yenidən smart tipli sayğacla əvəz etmirsiniz? Baha və keyfiyyətsiz idisə, niyə alırdınız? Məqsəd? Mexaniki sayğaclar smart tipli sayğaclarla əvəz olunanda 2000-dək insanı işdən azad etdiniz. İxtisar etmədiniz, həmişəki kimi həmkarlar təşkilatının köməyi ilə razılaşma sənədinə qol çəkdirməklə onları yola saldınız. Bu sənədə qol çəkən işçi 5 aylıq kompensasiya alıb, öhdəlik götürür ki, gələcəkdə SOCAR və onun tərəfdaşlarının vakant yerlərlə bağlı elan etdiyi müsabiqələrdə iştirak etməsin. İşçilərin hər biri bu cümləni oxumadan qol çəkiblər”. Geri qayıt |