Əsas Səhifə > Güney Press / Manşet > BİZ SAVAŞDAYIQ: Artıq millət olmağın, dövlətə əsgərlik etməyin zamanıdır...
BİZ SAVAŞDAYIQ: Artıq millət olmağın, dövlətə əsgərlik etməyin zamanıdır...6-07-2020, 18:28 |
|
DİA.AZ: - Son günlər koronavirus pandemiyası ilə bağlı itkilərimizin durmadan artması təbii ki, hər bir vətəndaşımızı narahat etməlidir. Necə ki, cəbhə xəttindəki itkilərimiz, ürək ağrısı ilə qarşıladığımız yol qəzalarındakı saysız-hesabsız qurbanlarımız... eləcə də son olaraq pandemiya səbəbindən CANLARINI İTİRƏNLƏRİMİZ... Onların hər biri bizim canımızdır və bu gün bu itkilərin sayının durmadan artması hər birimizdə NARAHATÇILIQ YARATMALIDIR. Bu gün bizlər Hər bir CANımız uğrunda AzərbayCANLI olmalıyıq, dövlətimizin bəlli mübarizəsində bir müsəlləh əsgər kimi səfərbər olmalıyıq. Başqa bir YOLUMUZ YOXDUR! Amma maləsəf, bütün bunlara biganə yanaşanlarımız da var və sayları yetərincədir. Məhz onların biganəliklərinin nəticəsidir ki, PANDEMİYA QURBANLARIMIZIN SAYINDA ARTIM müşahidə olunur. Bəlkə də kimlərsə bunun fərqinə vara bilmir. Necə ki, cəbhə xəttində bir naşı əsgərin səbəbindən onlarla əsgərimizi qurban verə bilərik, eləcə də PANDEMİYA CƏBHƏSİNDƏKİ NAŞILAR - BU DƏHŞƏTİ görməməzlikdən gələnlər hesabına qurbanlarımızın sayı arta bilər və ARTIR da... Bu gün övladının əsgərlikdən gəlməsi şərəfinə məclis quranlar, övladına toy-niaşn edənlər, ad günü keçirənlər yəni o qədərmi məlumatsızdırlar (ən yumşaq ifadəni seçdim -M.Ərsoy) ki, etdiklərinin fərqinə varmırlar, vara bilmirlər, belə görünürlər. Qardaşlar, bacılar, atalar, analar, övladlar!!! Bu gün izlədiyimiz ölüm sayları BİZİM MİLLƏTDƏNDİR, BİZİM VƏTƏNDAŞLARIMIZDIR, BİZİM BACI QARDAŞLARIMIZDIR!!! Yəni bu qədərmi özgələşmişikmi ki, qardaş və bacılarımızın, ata və analarımızın ölümünü ÖLÜ SÜKUTU ilə yola verib hansısa oyunbazlığın həvəsi ilə dövlətin buyruqlarını qulaqardına vururuq?.. Yəni o qədər özgələşmişikmi ki, bu gün bizə "DUR" deyən polislərimizin əslində məhz bizi düşündüyünün fərqinə vara bilmirik?.. Daxili İşlər Naziri Vilayət Eyvazov da müsahibəsində doğru bəyan etmişdi ki, polisin, dövlətin məqsədi, hədəfi vətəndaşı cərimələk, insanları cəzalandırmaq deyil... DÖVLƏTİN HƏDƏFİ İNSANLARIMIZIN SAĞLAMLIĞIDIR!!! Bunu görmək o qədərmi çətindir? O qədərmi çətindir ki, sənin əlində artıq saxlayaraq özünə bulaşdırdığın virusun təkcə sənə yox, bütünlükdə millətə təhlükə olduğunu anlamayasan?.. BU BİR SAVAŞDIR, CƏNABLAR! Biz savaş meydanındayıq. Necə ki bir savaş meydanında öz əsgər yoldaşının həyatını risqə atmaq, onu ölümə tərk etmək, bir yaralı səngər yoldaşını yarıda buraxmaq xəyanətə bərabərdir, eləcə də bu gün dövlətin pandemiya ilə bağlı tədbirlərinə boyun əyməymək XƏYANƏTDİR! Millət qarşısında, Dövlət qarşısında törədilən XƏYANƏT!!! Faciə odur ki, hələ də bunun fərqinə vara bilməyənlər var. Hələ də əllərini yumağa işgəncə kimi baxanlar var. BU FACİƏDİR və biz ilk başdan hər bir vətəndaş olaraq məhz FACİƏ nötqələrimizə qarşı səfərbər olmalıyıq. Başqa YOLUMUZ YOXDUR! İnsanlarımızın həyatını risqə atanların əyləncə həvəslərinə, vətəndaş məsuliyyətsizliklərinə qarşı dövlətlə çiyin-çiyinə vuruşmalıyıq. Artıq xəstəlik hər birimizin evimizdədir. Məgər Azərbaycan hər birimizin evi deyil? Məgər ölənlər hər birimizin doğması deyil?.. DURMALIYIQ, CƏNABLAR, DURMALIYIQ!!! DİA.AZ-ın Baş redaktoru Məhəmməd ƏRSOY Sonda zəruri qeyd: Dövlətin səndən istədiyi işgəncə deyil, zülm deyil... Elə aşağıdakı qaydalara əməl et, karantin qaydalarına tabe ol, yetər... Artıq vətəndaşlıq borcunu ödəmiş olursan, bununla dövlətə, millətə sevgini nümayiç etdirmiş olursan. Əks halda etdiklərinizin adı düşmənçilikdir... Geri qayıt |