Əsas Səhifə > Güney Press / Manşet > "İmkan verməyin ki, Arif Seyidov belə rahatlıqla getsin..."

"İmkan verməyin ki, Arif Seyidov belə rahatlıqla getsin..."


22-05-2020, 17:52
"İmkan verməyin ki, Arif Seyidov belə rahatlıqla getsin..."
DİA.AZ: - "Cənab Prezident Sizə təşəkkür edirəm ki, Göygölün başçısını işdən azad etdiniz. Mən Məmmədov Şahin Şakir oğluyam, 2016-cı il aprel döyüşlərinin iştirakçısıyam. Fəxri Fərmanla təltif edilmişəm. Ehtiyyatda olan baş leytenantam. AMVİB-nin Göygöl şöbəsinin üzvüyəm. Müəllim işləyirəm. Sizdən bir tək xahişim var.
Arif Seyidovu haqlı olaraq işdən azad etdiniz, var olun. Xahiş edirəm Baş Prokuror Kamran Əsədova tapşırıq verin, ki, Arif Seyidovun qanunsuz əməllərini araşdırsınlar". Bu sözlər Prezidentə ünvanlanan müraciətdəndir.

Daha sonra müraciət müəllifi bu gün işdən çıxarılan Göygölün icra başçısı olmuş Arif Seyidova xitabən bildirir: "Belə ki, belə rahatlıqla getmək yoxdur, sən həbs olunmalısan. Sən aşağıdakı malın-mülkün hesabını verməlisən. Və ən əsası mənə qarşı 2014-cü ildə etdiyim hərəkətin hesabını verməlisən. Hünərin də var vermə..."

Daha sonra diaaz.space-a daxil olan müraciətdə deyilir: "14 ildir Göygölə ağalıq edən, icra başçısı Arif Akif oğlu Seyidov, həbs olunan Vilyam Hacıyevin yerlisi və ən yaxın dostu elə onun yanına, həbsxanaya getməlidir. Çünki otkatdan tutmuş, xalqa çatacaq kartlara qədər, örüş sahələrinin zəbti, hektarlarla torpaq işğalı filan, Göygöl əhalisinə qan udurub, xalqın cibinə girib. Onun mənə bəlli olan ailə varidatını sizinlə bölüşüm, siz də tədbir görün...

в–ЄпёЏGöygöl şəhəri, Hummel, ev 69A ünvanında mənzil
в–ЄпёЏGöygöl şəhəri, Səbuhi Hacıyev, ev 112 ünvanında mənzil
в–ЄпёЏGöygöl rayonu, Aşıqlı kəndində villa,
в–ЄпёЏGöygöl rayonu, Toğanalı kəndində dəbdəbəli bağ evi
в–ЄпёЏGöygöl rayonu, Aşıqlı kəndində daha bir mənzil
в–ЄпёЏRayonun Hacıkənd və Mixaylovka kəndlərində növbəti mənzillər
в–ЄпёЏGöygöl rayonunda qardaşı Maarifin idarə etdiyi mal-qara ferması
в–ЄпёЏGöygöl xəstəxanasının qarşısında olan aptek
в–ЄпёЏGöygöl, Topal Həsənli kəndində "Qala Dibi" restoranı
в–ЄпёЏGöygöl rayonunda Məkan çay evi,
в–ЄпёЏGöygöl rayonunda Elit çay evi,
в–ЄпёЏDaşkəsəndə və Göygöldə torpaq sahələri və yaylaq yerləri.
в–ЄпёЏGəncə çayı hövzəsində üç iri gölü
в–ЄпёЏQardaşına və özünə məxsus mal-qara fermaları
в–ЄпёЏGöygöldə olan Əminə marketin şərikliyi
в–ЄпёЏKöhnə Koroğlu mehmanxanası, əvvəl yandırdı sonra özü sahibləndi.
в–ЄпёЏGöygöl şəhəri köhnə poliklinika binası
в–ЄпёЏGöygöl şəhəri köhnə uşaq bağçası
в–ЄпёЏGöygöl şəhəri köhnə evlər idarəsi
в–ЄпёЏAzyaşlı oğlu Samirin sürdüyü Mercedes-Benz GelГ¤ndewagen (010)
в–ЄпёЏ25-BD-005 dövlət nişanlı Niva markalı maşın
в–ЄпёЏBMW markalı avtomobil
в–ЄпёЏQardaşı Maarifin adına "Bulaq" Sahibkar Müəssisəsi MMC
в–ЄпёЏAşıqlı kəndində 2 hektardan artıq fərdi ev tikintisi üçün torpaq sahəsi
в–ЄпёЏŞəhərin özündə yaxın qohumlarının əldə etdiyi 50-dən artıq torpaq sahələri
в–ЄпёЏAşıqlı, Mixaylovka və Toğanalı hektarlarla torpaq sahələri, iaşə obyektləri və mənzilləri mövcuddur.
в–ЄпёЏOğlu Sabir Seyidov DİN-in inzibati xətalar üzrə inspektorudur. Bakıda mənzil və mülkləri var.

Hörmətli cənab Prezident!
Sizdən xahiş edirəm, Arif Seyidovun belə rahatlıqla getməsinə imkan verməyin. Verməyin ki, digərlərinə görk olsun. Verməyin ki, korrupsiyaya qarşı apardığınız bu mübarizə uğurla yekunlaşsın".

Geri qayıt