Əsas Səhifə > Güney Press / Manşet > Azərbaycanda fahişələrin “müştəri ovuna” çıxdığı məkan:

Azərbaycanda fahişələrin “müştəri ovuna” çıxdığı məkan:


21-09-2017, 17:33
Azərbaycanda fahişələrin “müştəri ovuna” çıxdığı məkan:
Fahişəlik nədir? Öncə bu sualın cavabı ilə başlayaq. Nəzəriyyədə, yazılı mənbələrdə fahişəlik qədim tarixi olan ödənişli seks fəaliyyəti kimi təqdim olunur. Artıq bir çox inkişaf etmiş ölkələrdə bu peşə sahibləri seks işçiləri adlandırılırlar. Hətta fahişəliklə əlaqədar seks turizmi də fəaliyyət göstərir. Bir neçə ölkədə fahişəlik leqallaşdırılıb: Niderland, Almaniya, Macarıstan, İsveçrə, ABŞ (bir neçə ştatı). İran və Sudan kimi ölkələrdə isə qadağan olunub və hətta ölüm hökmü ilə cəzalandırılır. Qonşu Türkiyədə küçə fahişəliyi qeyri-leqal olsa da, dövlət fahişəxanaları leqal şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda fahişəliyin leqallaşdırılması bir neçə dəfə parlamentdə müzakirəyə çıxarılıb. Ancaq mental dəyərlərin hakim kəsildiyi cəmiyyətimiz parlamentin bu mövzunu müzakirə etməsini nəinki birmənalı qarşılamamışdı, hətta qətiyyətlə pisləmişdi. Maraqlıdır ki, bəzi ölkələrdə fahişəlik adi qarşılanır, onlar üçün belə xüsusi addımlar atılır. Elə yerlər var ki, orada fahişələrin mütəmadi tibbi müayinədən keçməsi məcburidir. Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan İspaniyada fahişəliklə məşğul olanlara xüsusi gödəkçələr paylanılır. Bunu etməkdə məqsəd gecə saatlarında avtomobillərin qarşısına qaçan fahişələrin səbəb olduğu qəzaların qarşısını almaqdır. Dövlət həmin qadınların, sürücülərin, eləcə də sərnişinlərin təhlükəsizliyini qorumaq üçün üçün onlara fosforlu, gecələr aydın görünən gödəkçələr paylayır. Gödəkçəni geyinməyən fahişələr isə 50 avro cərimə ödəməli olurlar. Fahişələr üçün "xoşməramlı işlər" görən ölkələrdən biri də İtaliyadır. İtaliyanın Trevizio vilayətindək yerləşən magistral yolların kənarında üzərində mini yubkalı qadın fiquru olan yol hərəkət nişanları quraşdırılıb. Bununla sürücüləri ehtiyatlı olmağa və yol kənarında fahişəliklə məşğul olan qadının ola biləcəyinə işarə ediblər. Həmin nişanların üzərində əlavə olaraq "Attenzione prostitute", yəni, "Diqqət fahişə" yazılıb. Bu nişanların düzəldilməsinin ilkin səbəbi İtaliyada yol qəzalarında ölən şəxslər arasında fahişələrin üstünlük təşkil etməsidir. Elə şəhərlər də var, fahişələri də vergiyə cəlb edib, büdcədəki kəsiri bağlamağa çalışır. Məsələn, Almaniyanın Dortmund şəhəri. 2010-cu ilin sonlarında Almaniyanın Dortmund şəhər rəhbərliyi şəhər büdcəsindəki kəsiri aradan qaldırmaq üçün fahişələri də vergiyə cəlb edib. Bu qərardan sonra "Qədim peşə sahibləri" "işləmək" üçün sutkalıq bilet almalıdırılar. Əks halda cərimə ödəyəcəklər. Şəhər rəhbərliyi bu yolla 750.000 avro qazanacağını güman edib. Meksikada vaxtilə bu işlə məşğul olmuş qoca qadınlar üçün qocalar evi fəaliyyət göstərir. Belə ki, hökümət onların qocalanda tək və kimsəsiz küçədə qalmaması üçün bu cür yardım göstərmək qərarına gəlib. Ancaq fahişəliyə qarşı münasibətlər hər yerdə belə demokratik təsisatlara söykənmir. Bunun əsas səbəblərindən biri xəstəliyin cinsi yolla keçməsidir. Mental və dini dəyərlərin üstünlük təşkil etdiyi cəmiyyətlərdə isə onlara qarşı barışmaz mövqe namus amilinə əsaslanır. Yəni, bir qadının bir neçə kişi ilə ünsiyyətdə belə olması qəbul olunmazkən, intim münasibətdə olması əxlaqsızlıq hesab olunur. Bunun əksini düşünmək isə fərdə görə dəyişir. Azərbaycanda fahişəlik qeyri-leqal olmaqla yanaşı cəmiyyətin baxışına görə əxlaqsız bir peşə hesab olunur. Ancaq bu həmin peşə ilə məşğul olanları qorxutmur. Onlar yenə də fəaliyyətdədirlər. Güc strukturları ilə dostluq əlaqəsindən istifadə edən bəzi şəxslər, xüsusən sahibkarlar, qadın alveri ilə məşğul olurlar. Onlar, bu "mötəbər fəaliyyət"i daha çox sahibkarı olduqları ictimai iaşə obyektlərində həyata keçirirlər. Məsələn, masaj salonu, kafe, bar, "lounge" adı ilə paytaxtda onlarla fahişəxanalar fəaliyyət göstərir ki, onların da sahibləri bəzi yerlərdən "dabro" alıb və bunu edirlər. Bundan əlavə, bölgələrdə yol kənarlarında fəaliyyət göstərən kafelərdə də dəfələrlə fahişəxanalar aşkar edilərək lazımi tədbirlər görülüb. İnternetin olmadığı zamanlarda fahişələri daha çox gecə yarıları küçələrdə görürdünüzsə, bu gün texnologiyanın inkişafından onlar da yararlanıb sosial şəbəkələrə ayaq açıblar. Artıq Instagram kimi populyar sosial şəbəkələrdə bir neçə video və foto ilə onlarla insanı cəlb edə bilirlər. Yəni sosial şəbəkələr bir növ yerli fahişələrin "müştəri ovuna" çıxdığı məkana çevrilib. Burada onların hər birinin adına hesab, həmin hesablarda özləri haqda kiçik informasiya və əlaqə vasitələri qeyd olunub. Fahişələr daha çox erotik fotolar, rəqs etdikləri videoları paylaşırlar. Həmin foto və videolara yazılan rəylərdən aydın olur ki, virtual fəaliyyətlə daha çox müştəri cəlb edə biliblər. Yəni, əvvəllər fəaliyyət göstərdikləri kafe, restoran, bar, masaj salonlarında saatlarla müştəri gözləməklərinə ehtiyac qalmır. Ancaq hər kəs onların paylaşımlarına müsbət rəylər yazmır. Söyənlər, təhqir edənlər, ölümlə təhdid edənlər də olur. Onlar bütün bunlara baxmayaraq fəaliyyətlərini davam etdirir, müxtəlif intim xidmətlər təklif edirlər. Qiymət və yeri isə yalnız zəng etsəniz deyirlər. Azərbaycanda bu insanlarla mübarizə hansı səviyyədədir? Məsələyə rəsmi münasibət bildirilməsə də, müntəzəm olaraq insan alveri ilə ciddi şəkildə mübarizə aparıldığını, buna dair mütəmadi olaraq məlumatların dərc olunduğunu bildirdilər. Sözügedən məsələ ilə bağlı ciddi və geniş mübarizə aparılması üçün Daxili İşlər Nazirliyinin nəzdində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir. Həmin idarənin əməkdaşları qadınların fahişəliyə cəlb edilməsi, başqa ölkələrə aparılıb satılması, azyaşlıların istismar edilməsinə qarşı mübarizə aparır, bunu edən şəxslərin kimliklərini müəyyən etdikdən sonra həbs edirlər. Görülən, həyata keçirilən bütün təxirəsalınmaz tədbirlərə, verilən cəzalara baxmayaraq, insan alverinin, xüsusən də qadın alverinin qarşısını almaq mümkün deyil. Bu nəinki Azərbaycanda, bütün dünyada belədir. Ona görə də bəzi ölkələr fahişəliyi leqallaşdıraraq nəzarət altında saxlamağa çalışır.
PrimeTime.az

Azərbaycanda fahişələrin “müştəri ovuna” çıxdığı məkan:
Azərbaycanda fahişələrin “müştəri ovuna” çıxdığı məkan:
Azərbaycanda fahişələrin “müştəri ovuna” çıxdığı məkan:
Azərbaycanda fahişələrin “müştəri ovuna” çıxdığı məkan:
Geri qayıt