Əsas Səhifə > Güney Press / Manşet > HƏMRƏYLİK GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!

HƏMRƏYLİK GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!


30-12-2019, 14:52
HƏMRƏYLİK GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!
DİA.AZ: - 2020-ci ili də haqladıq. Artıq yaşlanırıq. Həm bir millət, həm bir dövlət və həm də bir fərd olaraq…

Artıq bir ili də yola saldıq. Ağrısı da oldu, sevinci də. Amma daha çox ağrıdanı o oldu ki, bu ili də Qarabağsız yola saldıq. Qarabağ da bizsiz yaşlanır bağrımızı yara-yara…

Yox, daha nə hansısa duyğusal məqamlara toxunub Sizləri kövrəltmək istəmirik, nə də itirdiklərimizi xatırlayıb, gözlərimizi sulandırmaq.

İş görmək zamanıdır. Həm bir millət, həm bir dövlət və həm də bir fərd olaraq…

Artıq nə Qarabağı ağlayacaq başda deyilik, nə də Qarabağsız qalacaq yaşda.

Artıq bir millət kimi dövlətimizə söykənib böyüklüyümüzü bərpa edəcək bir həddəyik. Bunu hiss etməliyik və Sizlərə bu yeni ildə DİA.AZ portalı olaraq bu böyüklüyü və möhtəşəmliyi arzulayırıq.

Biz inanırıq ki, gələn il də bizlərə bir millət olaraq sevinc gətirəcək.

Bunu hər birinizə arzulayırıq. Arzu edirik ki, evinizdə üzünüz gülsün. Çünki hər bir insan evində səmimi olur və evindəki səmimi gülüşləri onun əhvalının xoş olmasının dəlilidir. Sizə bu gülüşü arzulayırıq. Sizin bu səmimi gülüşləriniz həm də böyük evimiz olan Azərbaycanın, böyük halımız olan Azərbaycan türkünün səmimi, qayğısız gülüşü deməkdir.

Bayramınız - Həmrəylik Gününüz Mübarək.

Yeni ilə yeni uğurlarla. Hər birinizə olan arzumuzdur… Bizi sevənə də, sevməyənə də.

***

Bu yeni ilə həm də Azərbaycan böyük dəyişikliklərin start düyməsini basaraq gedir. 9 fevralda bizləri bir millət olaraq seçim gözləyir. Hər bir vətəndaşımıza seçkilərdə MİLLƏT SEVGİSİNİ unutmamasını diləyirik. Millətimizi sevənlər DÖVLƏTİMİZİ MÜTLƏQ ŞƏKİLDƏ UCALDACAQLAR...

diaaz.space-ın baş redaktoru Məhəmməd Ərsoy da bu seçkilərdə Mingəçevir camaatına ümidlidir. 2005-ci ildə bir dəfə namizəd olub qələbə qazanan Məhəmməd Ərsoyun millət vəkilliyi haqqı rəsmən tanınmasa da, mingəçevirlilər bu ilə millətləşərək həm yeni qələbəyə, həm də bu qələbənin rəsmiləşməsinə köklənməlidir! Bu, qaçılmazdır və MİLLƏT OLARAQ biz özümüzü məhz bu formada sübut eməliyik.

Hər birimizə uğurlar və sevgilər...


Geri qayıt