Özəl detektiv 30 milyon dollara dəhşətli sirri açdı - Casus filmi kimi olay
Tarix: 17-06-2015, 10:58 | Çap et
 Almaniyanın Lyubek şəhərindən olan özəl detektiv Yozef Reş ötən ilin yayında Ukraynanın Donetsk vilayəti üzərində vurulan Malayziya sərnişin təyyarəsinə dair dəhşətli sirrin üstünü açıb. Detektiv bu işi İsveçrədən naməlum sifarişçinin sifarişi əsasında görüb və əvəzində 30 milyon dollar qonorar alıb. Casus filmlərini xatırladan bu dramatik olay haqda detektiv özü “Capital” jurnalına danışıb.
“Malaysian Airlines” hava yolları şirkətinə məxsus “Boeing-767” təyyarəsinin kim tərəfindən vurulduğuna dair mübahisələr hələ də davam edir. Ukrayna tərəfi və beynəlxalq təhqiqat qrupu təyyarənin Rusiyadan dəstəklənən separatçılar tərəfindən “Buk-M” zenit raket kompleksi ilə vurulduğunu bildirir. Lakin Rusiya tərəfi bildirir ki, təyyarə Ukrayna qüvvələrinin nəzarətində olan ərazidən vurulub. Bu dəhşətli hadisədə 300-ə yaxın sərnişin və heyət üzvü həlak olmuşdu.
Mübahisələrin davam etdiyi bir vaxtda İsveçrədən olan sirli sifarişçi Almaniyanın özəl detektiv agentliyi “Wifka”ya bu işin üstünü açmaq sifarişi göndərib. Kimliyini gizli saxlayan sifarişçi bu işə görə 30 milyon dollar qonorar vəd edib. İstintaqı agentlikdən Yozef Reş üzərinə götürüb. O, mürəkkəb iqtisadi cinayətlərin üstünün qeyri-adi metodlarla açılması ilə məşhurlaşıb. Naməlum sifarişçi detektivə təyyarənin kim tərəfindən vurulduğuna, sifarişçinin kim olduğuna, raketin buraxılmasını bilavasitə həyata keçirənlərin kimliyinə və digər detallara dair suallara cavab tapılmasını sifariş verib.
Aylarla davam edən təhqiqatdan sonra detektiv bildirib ki, o, sifarişçinin bütün suallarına dəqiq cavablar tapıb və vəd olunan qonorarı-30 milyon dolları alıb. Lakin detektiv hansı sirləri üzə çıxardığını açıqlamayıb, çünki müqavilənin şərtlərinə görə o, araşdırmanın nəticəsi haqda heç bir informasiya verə bilməz. Buna baxmayaraq Reş deyib ki, ötən ilin yayında baş vermiş dəhşətli hadisə haqda həqiqət açıqlansa böyük rezonans doğuracaq, ola bilsin ki, heç kim bu həqiqəti bilmək istəməyəcək.
Detektivin İsveçrədə mənzillənmiş sifarişçi ilə ünsiyyəti əsl casus filmlərinin səhnələrini xatırladıb. Detektiv heç vaxt elektron poçtdan istifadə etməyib, məlumatları Avropanın müxtəlif restoranlarından ona verilmiş telefon nömrələrinə zəng etməklə və əvvəlcədən razılaşdırılmış vaxtda çatdırıb. Ancaq o adamlarla görüşüb ki, üzərində sifarişçinin imzası olan dolların yarı hissəsini parol kimi təqdim etsin.
Detektiv sifarişi aldıqdan sonra hadisə barədə məlumatı olanlardan ona müraciət etməyi xahiş edib. Reş qiymətli informasiyalar üçün sanballı qonorar vəd edib. O deyir ki, sifarişçi işin başlanğıcında 40 min dollar avans göndərmişdi. Və 30 milyon dolların İsveçrədə nəğd halda harada saxlanıldığını bildirmişdi.
Detektiv araşdırmaya başlayandan sonra ona çoxsaylı telefon zəngləri və görüşmək üçün müraciətlər daxil olub. Mümkün informatorlarla Reş ancaq Lyubek şəhərinin ətrafında görüşüb, Rusiya və Ukraynaya getməyib. Detektiv deyir ki, aldığı informasiyaların 99.99 faizi “sayıqlamadan” ibarət olub. Nəhayət 10 aydan çox davam edən təhqiqat nəticəsində Reş ona lazım olan informasiyanı əldə edib. Həmin mənbənin çatdırdığı informasiya o qədər inandırıcı olub ki, Reş onu vasitəçinin köməyi ilə naməlum sifarişçi ilə görüşdürüb. Bundan sonra sifarişçi başgicəlləndirici qonorarı ödəyib.
Detektiv ehtimal edir ki, ola bilsin tezliklə onun açdığı sirr yayılacaq. Çünki bu informasiyaya 30 milyon dollar verən sifarişçi onu çətin ki, gizli saxlayardı. Lakin Reş tam əmin deyil. Çünki sifarişçinin kimliyini və motivini heç özü də bilmir. Detektiv deyir ki, o, sirrin üstünü açandan sonra güclü təzyiqlərlə üzləşib. Özünə və ailəsinə naməlum şəxslərdən təhdidlər gəlir, arxasınca izləmə təşkil olunub.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33 |
|
|
|
| • Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30 |
|
|
|
| • Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17 |
|
|
|
| • Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12 |
|
|
|
| • Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08 |
|
|
|
| • Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07 |
|
|
|
| • İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08 |
|
|
|
| • CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05 |
|
|
|
| • Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03 |
|
|
|
| • Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01 |
|
|
|
| • “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59 |
|
|
|
| • Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55 |
|
|
|
| • Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51 |
|
|
|
| • Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18 |
|
|
|
| • Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14 |
|
|
|
| • Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13 |
|
|
|
| • Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11 |
|
|
|
| • Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09 |
|
|
|
| • Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09 |
|
|
|
| • "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03 |
|
|
|
| • Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01 |
|
|
|
| • Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28 |
|
|
|
| • Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18 |
|
|
|
| • İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11 |
|
|
|
| • "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03 |
|
|
|
| • "İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55 |
|
|
|
| • Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48 |
|
|
|
| • DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43 |
|
|
|
| • Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38 |
|
|
|
| • "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26 |
|
|
|
| • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23 |
|
|
|
| • ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18 |
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
23-05-2026, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
23-05-2026, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
23-05-2026, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
23-05-2026, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
23-05-2026, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
23-05-2026, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
23-05-2026, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
23-05-2026, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
23-05-2026, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
23-05-2026, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
23-05-2026, 11:44 |
|
|
|
|