Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                 

Gəncədə Elmar Vəliyevin adı keçən mülk qalmaqalı - ŞİKAYƏT VAR
Tarix: 10-06-2015, 09:00 | Çap et
Gəncədə Elmar Vəliyevin adı keçən mülk qalmaqalı
Gəncə şəhər sakini İbrahimov İlqar Həsənəli oğlu bildirir ki, bu şəhərdə mülkiyyətində olan torpaq sahəsinin üzərindəki qeyri-yaşayış binası sökülüb, mülkiyyəti zəbt olunub və onun sahibkarlıq fəaliyyətinə son qoyulub.
“Gəncə şəhəri H.Əliyev prospekti, 161A ünvanında yerləşən 110.30 kvm. torpaq sahəsi və onun üzərində yerləşən 91.70 kvm. qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) dövlət reyestrindən verilmiş 21.09.2011-ci il tarixli, MA 0260663 seriyalı, qeydiyyat nömrəsi 1511012110 olan “Çıxarış”a əsasən mənim tam mülkiyyətimdədir.
Mən həmin binada 1988-ci ildən fotoqraf fəaliyyəti ilə məşğul olmuşam. 31.10.1996-cı ildə həmin bina ƏMDK-də keçirilən auksionda özəlləşdirilərək mülkiyyəti təsdiq edən şəhadətnamə ilə mənim mülkiyyətimə verilib. Hələ 2004-cü ildə şəhərdə abadlaşdırma işləri aparılarkən həmin bina o zamankı şəhər rəhbərliyinin göstərişi və təqdim etdiyi layihə əsasında tərəfimizdən sökülərək öz vəsaitimizlə zirzəmi də əlavə olunmaqla müasir üslubda yenidən tikilib. Bütün bu işləri görmək üçün 200 000 manat məbləğində vəsait xərcləmişəm. Binanın qonşu binalarla heç bir müştərək divarı olmayıb və bina bütövlüklə istismara tam yararlı vəziyyətdə olub”,-deyə İlqar İbrahimov bildirib.
Gəncə şəhəri Cavadxan küçəsi 34 saylı ünvanda yerləşən dövlət tərəfindən mühafizə edilən XVIII əsrə aid tarixi abidə sökülməsi barədə heç bir rəsmi qərar olmadan 2011-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən uçurulub.
İ.Məmmədov bildirir ki, həmin bina uçurulduqdan sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev onu qəbul edib: “Cavadxan küçəsi ilə H.Əliyev prospekti qonşudur. Bu tarixi bina da mənim mülkiyyətimin arxasında idi. İcra başçısı bildirdi ki, həmin ərazidə bir il ərzində möhtəşəm bir bina ucaldılacaq. “Həmin binadan sənin yerini mən verəcəm və mənim atama rəhmət oxuyacaqsan”. Bundan sonra 04.11.2011-ci il tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin vəzifəli şəxsləri protokol və akt tərtib etdi. Bina sökülərək torpaq sahəsi hasarlandı və şəxsi mülkiyyətimə sahiblik, istifadə hüququ qanunsuz olaraq bu günədək məhdudlaşdırılıb. Bununla da sahibkarlıq fəaliyyətimə son qoyulmaqla hər ay 2 000 manat olmaqla ötən üç il müddət ərzində 72 000 manat məbləğində gəlirimdən məhrum edilmişəm”.
Şikayətçi sahibkarın sözlərinə görə, o Prezident İlham Əliyevə pozulmuş hüquqlarımın bərpası üçün çoxsaylı teleqramlar və müraciətlər edib: “Prezident Administrasiyasında bu işə cavabdeh olan məsul şəxslər problemin həllinə qərəzli olaraq yardımçı olmayıblar. Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevin qəbuluna beş dəfə yazıldım və hər dəfə onun köməkçiləri məni qəbul etdi. Köməkçilərdən biri Rəhim müəllim sonuncu qəbulda mənə bildirdi ki, sənin bu şikayətlərindən biz bezmişik, Gəncənin icra başçısı şəhəri gözəlləşdirir, bu qədər işlər görür, siz ondan nə istəyirsiniz? Başa düşə bilmirəm, mən neyləməliyəm? Şəhərdə aparılan abadlıq işlərinə görə mən qanunsuz olaraq zəbt edilmiş xüsusi mülkiyyətimdə olan əmlakımı geri tələb etməməliyəm?”
İ.İbrahimovun zəbt olunmuş mülkiyyətinin üzərində tikilən “Biznes Mərkəzi”nin sifarişçisi “Gəncə Bazar Store” MMC-dir. Onun təsisçisi Yevlaxda yaşayan Cəbrayıldan məcburi köçkün Məmmədov Fikrət İbi oğludur. Elmar Vəliyev Gəncədən öncə Yevlaxın icra başçısı olub. “Gəncə Bazar Store” MMC-nin hüquqi ünvanı onun nizamnaməsində Xəqani Əbdüləzimova məxsus ev (Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi ev 9, mənzil 49) göstərilib. Xəqani Əbdüləzimov da hazırda Gəncə şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiridir.
“Biznes Mərkəzi”nin tikintisinin Şəhərsalma və Tikinti sahəsində mövcud qanunvericilik aktlarına zidd aparıldığı məhkəməyə təqdim etdiyimiz iddia ərizəsində, Fövqəladə Hallar Nazirliyinə və Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış şikayət ərizələrində kifayət qədər əsaslandırılıb. Qısa şəkildə sıralasaq həmin ərazidə aşağıdakı qanun pozuntularına yol verilib:
1. Gəncə şəhəri H.Əliyev prospekti 161A və Cavadxan küçəsi 34 saylı binalar heç bir əsas olmadan qanunsuz olaraq uçurulub.
2. 04.11.2011-ci il tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin vəzifəli şəxslərinin tərtib etdiyi protokola əsasən yeni tikilən binada mənim mülkiyyət hüququmun təmin ediləcəyi öhdəliyi icra edilməyib.
3. Şəhərsalma və Arxitektura Komitəsinin saytından götürülmüş Gəncə şəhərinin Baş Planında həmin ərazidə Biznes Mərkəzinin tikintisinin nəzərdə tutulmadığı görünür. Yəni həmin binanın tikintisi şəhərin Baş Planına ziddir.
4. Tikintiyə dair sənədlərə baxdıqda görünür ki, obyektin tikintisi üçün Gəncə şəhər İcra Hakimiyyətinin icazə sərəncamı olmayıb. Gəncə şəh. Nizami rayon İcra Hakimiyyətinin 377 saylı sərəncamı tikintiyə icazə sərəncamı deyil, torpaq sahəsində “Biznes Mərkəzi” binasının yerləşdirilməsinə (layihələndirilməsinə) dair sərəncamdır. Qanunun tələbinə əsasən həmin sərəncamı da rayon bölgüsü olan şəhərlərdə şəhər İcra Hakimiyyəti verməlidir. Sərəncamda Cavadxan 34 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 840 kvm göstərilsə də, DƏDRX-dən verilən arayışda 422 kvm göstərilib. Yəni torpaq sahəsinin ərazisi qanunsuz olaraq qonşu torpaqlar hesabına artırılaraq 840 kvm-ə çatdırılıb.
5. DƏDRX-dən verilən arayışda Cavadxan 34 ünvanında yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu və həmin torpaq sahəsinin satılması, icarəyə və ya istifadəyə verilməsi haqqında onlarda məlumatın olmadığı bildirilir. Deməli, “Gəncə Bazar Store” MMC həmin torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququ əldə etmədən tikintiyə başlayıb.
Mən qarşılaşdığım qanunsuzluqla bağlı bu ilin mayın 22-də Baş prokuror Zakir Qaralova da müraciət etdim”.
Mübahisəli vəziyyətə bir ildən artıq müddətdir Gəncə İnzibati-İqtisadi Məhkəməsində (hakim Kamil Rzayev) baxılır. İddia ərizəsində cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti göstərilib. Bu işlə bağlı son məhkəmə baxışı iclası 03.06.2015-ci il tarixində keçirilib.
“Həmin prosesdə İcra hakimiyyətinin nümayəndəsi guya məsələnin məhkəmədən kənar həll ediləcəyi ilə bağlı hakimdən 20 gün vaxt istəyib və məhkəmə cavabdehin ərizəsini təmin edib. Mən hər halda ümid edirəm ki, məhkəmə Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin qanunsuz hərəkətlərinə göz yummayacaq”-deyə İ.İbrahimov bildirir.
İ.İbrahimovun müraciətinə Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 05.08.2014-ci il tarixli verdiyi cavabda tarixi binanın sökülməsi bu şəkildə əsaslandırılıb: “Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edilən Cavadxan küçəsi, 34 nömrəli ünvanda yerləşən birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olan ikimərtəbəli yaşayış evinin sökülməsi ilə əlaqədar mütəxəssislər bu binaya vizual texniki baxış keçirib və müvafiq akt tərtib edib. Mütəxəssislərin rəyinə əsasən binada mühəndis-gücləndirmə və əsaslı təmir işlərinin aparılması iqtisadi cəhətdən səmərəsiz hesab edilib”.
Cavabda o da bildirilir ki, həmin tarixi binada yaşayanların mənzillə təmini üçün Nazirlər Kabinetinin 2011-ci il 04 iyul tarixli 177s nömrəli sərəncamı ilə Gəncə şəhər, Atatürk prospektində yeni yaşayış binasının tikintisi davam etdirilir.
“Eyni zamanda Sizə bu binanın qeyri-yaşayış sahəsindən mülkiyyətinizin əvəzinə sahə veriləcək. Buna baxmayaraq siz özünüzə məxsus qeyri-yaşayış binasının yerində nəzərdə tutulan tikintiyə layihə sənədlərinin verilməsi, pozulmuş mülkiyyət hüququnun bərpasına və məcburi iş buraxma müddətində sizə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmisiniz”, deyə icra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin cavabında bildirilir.
Gəncə şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin əməkdaşı Xəqani Əbdüləzimov bildirdi ki, məsələni məhkəmə dəyərləndirəcək.
İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin mətbuat üzrə məsul şəxsi Həsən Məmmədov isə dedi ki, o iş yerində deyil.

Gəncədə Elmar Vəliyevin adı keçən mülk qalmaqalı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Bu gün, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Bu gün, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Bu gün, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Bu gün, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru