"Rahatca oturmuşam. Yuxarıdan da sərin vurur"... - Metroda təzə söhbət
Tarix: 9-06-2015, 14:33 | Çap et
 Bu gündən etibarən "Bakı Metropoliteni" QSC yeni metro qatarları xəttə buraxır. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. N.Paşayevin sözlərinə görə, qatarların sınaq müddəti başa çatıb və yeni qatarlar artıq istifadəyə verilib: "Yeni qatarlar hazırda "Həzi Aslanov" - "İçəri Şəhər" xəttində normal qrafik üzrə hər biri öz marşrutunda işləyir. Yeni alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla (380V-la) işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kwt idisə, bu qatarların mühərriklərinin gücü 170 kwt təşkil edir". Musavat.com saytının reportyorunun müşahidələrinə görə, bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid imkanı mövcuddur. Vaqonlarda üç rejimdə - soyutma, havalandırma və isitmə rejimlərində çalışan klima sistem quraşdırılıb.
Vaqonun salonunda "hərəkətli sətir" sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb. Köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 sərnişin olduğu halda, yeni nəsil vaqonlarda bu göstərici 330 sərnişindir. Əvvəlki vaqonlarda pəncərə sistemləri sadə birlaylı olduğu halda, indiki vaqonlar ikilaylı paket tiplidir ki, bu da salonda sərnişinlər üçün daha yüksək komfort şərait yaradır.
Daimi metro istifadəçisi kimi deyə bilərəm ki, yeni qatarlarda yüksək komfort var. Bir neçə stansiya yol getdik, amma qəti şəkildə qulaq batıran səs, silkələnmə hiss etmədik. Vaqonlarda kondisionerin olması, bu isti havalarda sərnişinlər üçün ən gözəl hədiyyədir.
Yeni vaqonların arasında birbaşa keçidin olması da, ola biləcək sıxlıqların qarşısını alacaq. Belə ki, bəzən vaqonlardan birində sərnişin sıxlığı yaranır, digərlərində isə oturmaq üçün belə yerlər olur. Vaqonlararası keçid sayəsində sərnişinlər sıxlıq olan vaqondan, digər vaqona keçə biləcəklər.
Yeni qatarlardan istifadə edən sərnişinlərlə söhbətləşdik və onlardan təzə qatarlarla bağlı fikirlərini soruşduq. Bakı sakini Elnur Seyidov yeni qatarları çox bəyəndiyini və digərlər qatarların da yenilənməsi lazım olduğunu dedi: "Gördüyünüz kimi, rahat, sakit, sərin şəkildə gedirik. Bundan gözəl nə ola bilər? Amma indi bunun geri qayıtmağı da var. Köhnə, səs-küylü qatarla qayıdacağam. 3 qatar azdır, hamısını dəyişmək lazımdır. Bunun üçün ölkəmizin imkanı da var. Hamısı yenilənsə əla olar. Bakıda getdikcə insanların sayı çoxalır. Bunu da nəzərə almaq lazımdır".
Yeni qatardan istifadə edən digər şəhər sakini Aydın adlı şəxs deyir ki, yeni qatarlar hər cəhətdən digərlərindən üstündür: "Açığı mən çox bəyəndim. "Həzi Aslanov" stansiyasında qatara mindim. Birinci vaqonda sıxlıq var idi. Vaqonlarası keçidlə gəldim 4-cü vaqona. Rahatca oturmuşam. Yuxarıdan da sərin vurur. Hətta o qədər rahatdır ki, indi məni yuxu tutacaq. Qorxuram vaxtında düşə bilməyim, görüşə gecikim (gülür -red)".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Bu gün, 19:33 |
|
|
|
| • Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Bu gün, 19:30 |
|
|
|
| • Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
| • Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Bu gün, 16:17 |
|
|
|
| • Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Bu gün, 16:12 |
|
|
|
| • Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08 |
|
|
|
| • Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07 |
|
|
|
| • İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08 |
|
|
|
| • CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05 |
|
|
|
| • Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03 |
|
|
|
| • Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01 |
|
|
|
| • “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59 |
|
|
|
| • Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55 |
|
|
|
| • Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51 |
|
|
|
| • Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18 |
|
|
|
| • Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14 |
|
|
|
| • Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13 |
|
|
|
| • Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
| • Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09 |
|
|
|
| • Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09 |
|
|
|
| • "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03 |
|
|
|
| • Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01 |
|
|
|
| • Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28 |
|
|
|
| • Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18 |
|
|
|
| • İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11 |
|
|
|
| • "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03 |
|
|
|
| • "İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55 |
|
|
|
| • Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48 |
|
|
|
| • DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43 |
|
|
|
| • Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38 |
|
|
|
| • "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26 |
|
|
|
| • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23 |
|
|
|
| • ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18 |
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44 |
|
|
|
|