Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                 

“Prezident İlham Əliyev azğınlaşmış məmurları yerlərində oturdacaq” - “Bizim məmurlar qorxu hissini itiriblər”
Tarix: 1-06-2015, 11:13 | Çap et
“Prezident İlham Əliyev azğınlaşmış məmurları yerlərində oturdacaq”
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Modern.az saytına müsahibə verib.

- Siyasi fəaliyyətinizdə 90-cı illər mühüm rol oynayıb. SSRİ-nin dağılması ərəfəsində, daha doğrusu, 1990-1991-ci illərdə Bakı şəhər Partiya Komitəsində ideoloji şöbə müdiri olmusunuz. Siyasi baxışlarınızın müəyyənləşməsinə əhəmiyyətli bir hadisə olan o illər sizin yaddaşınızda hansı izlər qoyub?

- Bilmək istəyirsinizsə, o dövr əslində mənim üçün bağlanıb. Amma sualınızı da cavabsız qoymaq istəmirəm. O vaxt mən Moskvadan gəldim və Bakı şəhər Partiya Komitəsində şöbə müdiri oldum. O zaman düşünürdülər ki, Kommunist Partiyasını islah etmək mümkündür. Əslində mənə də Moskvanın ab-havası dəymişdi, müasir düşüncəli bir adam kimi o vəzifəyə qoymuşdular. Amma sonra məlum oldu ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi heç bir dəyişiklik istəmir.

“QKPÇ” hadisələrindən (1991-ci ilin avqust ayında -red.) sonra və mənim də təsirimlə Bakı şəhər Partiya Komitəsində başa düşdülər ki, partiyanı saxlamağa ehtiyac yoxdur. Bununla da mənim Kommunist Partiyasındakı fəaliyyətim qurtardı. Açığı, o illəri heç yada da salmaq istəmirəm.

- 1991-ci ilin sentyabrında prezident seçilən Ayaz Mütəllibovla hansısa təmaslarınız olurdu?

- Onunla heç bir şəxsi əlaqəm olmayıb. Mən hələ Moskvada çalışanda bir mütəxəssis kimi milli məsələlər üzrə elmi bölmənin rəhbəri idim. Qarabağ münaqişəsi ilə bağlı sözümə ehtiyac duyulurdu. Ayaz Mütəllibovun da ekspertlərə ehtiyacı var idi. Əlaqələrimiz işgüzar səviyyədə, rəhbər və məmur səviyyəsində idi.

- Ayaz Mütəllibovla şəxsi münasibətləriniz olmasa da, hər halda, işgüzar müstəvidə sizin rəylərinizə önəm verirdi...

- Təbii ki, Qarabağ probleminin həlli ilə bağlı fikirlərimi dinləməyə məcbur idi.

- Səhv etmirəmsə, sizin Tamerlan Qarayevlə şəxsi əlaqələriniz olub?..

- Onunla qohumluq əlaqələrim var. Vəssalam, başqa bir şey deməyə ehtiyac yoxdur.

- Rasim müəllim, görürəm ki, o illərlə bağlı sualları, nədənsə ətraflı cavablandırmaq istəmirsiniz. Ona görə keçək müasir dövrün siyasi proseslərinə. Azərbaycan ictimai-siyasi həyatında baş verənlər artıq ənənəyə çevrilib. Hər yerindən duran QHT rəhbəri ABŞ və Qərb əleyhinə bəyanat verir. Politoloq kimi bu anti-Qərb əhval-ruhiyyəsinin mahiyyətini necə şərh edərdiniz?

- Hər yerindən duran adam Amerika əleyhinə danışırsa, çox səhv edir. Onlar, sadəcə olaraq Amerikanın dünyada rolunu, imkanlarını qavramırlar. Hətta o boş-boş danışan adamlar heç özlərinin kim olduğunu tam dərk etmirlər.

Azərbaycanın dövlət olaraq öz maraqları, baxışları var və biz ABŞ-ın hər dediyi ilə oturub-durmaq məcburiyyətində deyilik. Amma bu da o demək deyil ki, hər yerindən duran Amerikanı söyməli, təhqir etməlidir. Amerikaya sözlə müharibə elan etmək ən azından çox gülüncdür. İndi ağılsız adamlar çoxdur və onlar öz əhəmiyyətlərini, çəkilərini də anlamırlar. Kimisə ittiham edəndə düşünmürlər ki, onların açıqlamalarının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan dövlət olaraq öz maraqlarını kifayət qədər müdafiə edir. Ancaq neçənci dərəcəli adamların mənasız bəyanatlarına ehtiyac yoxdur.

Amerikanın müsbət və mənfi tərəfləri var, amma dünya siyasətindəki çəkisi çox böyükdür. Bunu başa düşmək lazımdır.

- Azərbaycanın xarici siyasətində böyük bir dilemma qarşısında qaldığını iddia edənlər də az deyil. Sizin fikriniz nədir, Qərb, yoxsa Rusiya?

- Ölkənin xarici siyasəti onun coğrafiyasına bağlıdır. Bu siyasət coğrafiya ilə ziddiyyət təşkil etməməlidir. Bəli, Amerika supergücdür, amma o Azərbaycandan çox uzaqdadır. Ancaq Azərbaycanın qonşuluğunda Rusiya, İran, Türkiyə kimi dövlətlər var. Biz bunu yaddan çıxarmamalıyıq. Amerikanın Azərbaycanı Rusiya, İran, Türkiyəyə qarşı istifadə etməyə çalışması təbii ki, bizim maraqlarımıza ziddir. Lakin o da məlumdur ki, Amerika olmasaydı, Azərbaycan qısa müddətdə regional güclərin müharibə poliqonuna çevriləcəkdi. Azərbaycan çalışır ki, çoxşaxəli xarici siyasət aparsın. Bu həm də coğrafiyadan irəli gələn bir zərurətdir. Münasibətlərin balansı əbədi deyil.

- Azərbaycanda iqtidar-müxalifət görüşləri keçirilir və gözlənilən odur ki, bu, siyasi həyatda müsbət inkişaf dinamikası yaradacaq. Lakin bəzi müxalif dairələr bu görüşü formal hesab edir və həmin görüşdə iştirak edən müxalifət partiyalarının nümayəndələrini “hakimiyyətin adamı” adlandırır. Ümumiyyətlə, Azərbaycanda radikal müxalifət bəzən hansısa hakimiyyət nümayəndəsinin xeyir-şərində iştirak etməyi də düzgün hesab etmir. Bu sahədə etimad mühiti aşağı səviyyədədir. Azərbaycan siyasi sistemində düşmənçilik nə zaman rəqabətlə əvəzlənəcək?

- Azərbaycanda siyasət düşmənçilikdən rəqabət müstəvisinə keçməlidir. Azərbaycanın bəlası həm də ondadır ki, ortalıqda güclü, əməlli-başlı müxalifət qalmayıb. İqtidarla müxalifətin dialoquna hər bir zaman ehtiyac var. Bu dialoq aparılmalıdır ki, ölkənin siyasi mühitində müsbət tendensiyalar yaransın.

- Siz nədənsə, parlamentdə nadir hallarda çıxış edirsiniz. Şəxsən mən sizin sonuncu dəfə nə zaman çıxış etdiyinizi xatırlamıram. Deyəsən, “susmaq qızıldır” prinsipinə üstünlük verirsiniz?

- Sualınıza elə atalar sözü ilə cavab verəcəyəm. Belə bir deyim var: “Danışmağı öyrəndin, adam oldun, susmağı öyrəndin ağıllı oldun”. İnsan danışanda gərək onun sözünün nəticəsi olub-olmayacağını düşünsün. Yox, əgər çıxışı söz demək naminə edirlərsə və jurnalistlər də bunu işıqlandırırsa, bu onların öz işidir. Ona qalsa, mənim fikirlərim televiziya, saytlar və qəzetlərdə mütəmadi işıqlandırılır. Haradasa bir hadisə baş verirsə, mən hələ parlamentin iclasından qabaq açıqlamalarımı verirəm. Lazım olanda yazı da yazıram. İndi Milli Məclisin iclasında düymə mübarizəsi aparmağa və söz deməyə lüzum görmürəm. Mənim sahəm beynəlxalq münasibətlər və Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu məsələlərlə əlaqədar onsuz da fikirlərimi media vasitəsi ilə çatdırıram. Deputatlar, adətən qanun layihələri ilə bağlı çıxış etməlidir. Mən isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüyəm. Biz orada qanun müzakirə etmirik. Əsasən müqavilələrə baxılır. Bu müqavilələr də dövlət başçıları tərəfindən imzalanandan sonra onu parlamentdə rədd edən tələblə çıxış etmək qeyri-mümkündür və heç düzgün də deyil. Mən həm də o yaşda deyiləm ki, boş-boş danışmağa vaxt sərf edim.

- Son zamanlar iş adamlarının kütləvi şəkildə saxlanılması hadisəsi baş verdi. Bununla paralel olaraq Binəqədidə bina yandı və heç şübhəsiz ki, bu faciəyə görə məsuliyyət daşıyan məmurlar az deyil. Ancaq məmurları tənqid edən deputatlar siyahısında Rasim Musabəyovun adına az rast gəlinir. Bu, nə ilə əlaqədardır?

- Sizinlə razı deyiləm. Yanğın hadisəsi olanda mən özümün Facebook səhifəmdə məmurları tənqid edən bir açıqlama ilə çıxış etdim. Qeyd etmişdim ki, bizim məmurlar qorxu hissini itiriblər. Düşünürəm ki, artıq məmurları möhkəm silkələmək vaxt çatıb. Bəzi adamların daxilində ədalət hissi var. Bu adama əslində qanun kifayətdir. Təəssüflər olsun ki, bəzi məmurlar işlədiyi sahə üzrə bacarıqlı olsa da, başının üzərində qorxu, məsuliyyət hiss etmir. Buna görə də onlar sərhədləri itirirlər. Sərhədləri keçən yaramaz məmurlara məsuliyyətlərini xatırlatmaq üçün onlar haqqında ciddi cəza tədbirləri görməyə ehtiyac var. Son hadisələr göstərdi ki, cənab prezident İlham Əliyev azğınlaşmış məmurları yerlərində oturdacaq.

İş adamlarının həbsinə gəlincə, mətbuat onları oliqarx kimi təqdim edir. Bu, düzgün deyil. Oliqarx çox böyük maliyyə, media imkanları ilə yanaşı, hakimiyyətdə də mövqeləri güclü olmalıdır. Hər varlı adam oliqarx deyil.

Həbs olunanlar kreditlərdən ata malı kimi istifadə edirdilər, buna görə onları cəzalandırmaq lazım idi. Amma güc strukturlarının vasitəsi ilə maliyyə nizam-intizamı yaratmaq maliyyə, bank sisteminə çox böyük zərbədir. Sabah hansısa varlı kredit götürmək istəsə, düşünəcək ki, risklər olduğuna görə onu “Bandotdel”ə aparacaqlar. Nəticə isə belə olacaq ki, bankların pulu olduğu təqdirdə, onu kreditə verməyə adam tapmayacaq. Bununla da dövriyyə öləcək. Düşünürəm ki, maliyyə sistemini təbii şəkildə sağlamlaşdırmaq daha məqsədəuyğundur. Maliyyə sektorunda çox inzibatçılıq və zordan istifadə etməyin müəyyən təhlükələri var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Bu gün, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Bu gün, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru