Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                 

Min tonlarla zəhərli poliuretan Bakıda bu poliqona toplanır... - fotolar
Tarix: 27-05-2015, 12:55 | Çap et
Min tonlarla zəhərli poliuretan Bakıda bu poliqona toplanır...
Bakıda 16 mərtəbəli binada baş vermiş və 15 nəfərin ölümünə səbəb olmuş dəhşətli yanğından sonra bu faciəyə gətirib çıxaran bu odadavamsız poliuretan üzlüklərin kütləvi şəkildə sökülməsinə başlanıldı.

Söküntü işlərinə yüzlərlə işçi və çoxsaylı texnika cəlb olunub. İritonnajlı yük maşınları hər gün on tonlarla zəhərli kimyəvi tərkibə malik penoplast və poliuretanı Bakıdan kənara daşıyır.

Min tonlarla zəhərli poliuretan Bakıda bu poliqona toplanır...

Bu da təbii sual yaradır: on tonlarla zəhərli maddə hara daşınır, harada toplanır?

Virtualaz.org saytı bu suala cavab axtarıb.

Əlbəttə, ilk ağla gələn o idi ki, bu məhsullar ola bilsin Balaxanıya - məişət tullantılarının emalı zavodun aparılır. Amma o da məlumdur ki, poliuretanı emal etmək mümkün deyil. Onu Balaxanıda utilizasiya etmək olarmı?

Bu suala cavab almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət etdik. Nazirlikdən gələn cavab konkret oldu. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, sökülən üzlüklər ETCN nəzdindəki Təhlükəli Tullantıların İdarə Edilməsi üzrə Milli Mərkəzin poliqonuna daşınır.

50 hektar ərazini əhatə edən həmin poliqon Abşeron rayonunda yerləşir. Müxbirimiz ETSN-in dəstəyi ilə poliqona baş çəkərək zərərli materialların orada necə məhv edilməsinin şahidi olub.

Xüsusi geyim olmadan giriş qadağandır

Poliqona daxil olmaq elə də asan deyil. Ora çox ciddi şəkildə qorunur. Poliqona yalnız rəsmi icazə ilə girmək olar.

Milli Mərkəzin meneceri Bağır Hidayətov xəbərdarlıq etdi: “Sizin gəlişiniz barədə məlumatlıyıq. Amma rəsmi icazənin olması da sizi təhlükəsizlik texnikası qaydalarına riayət etmək məsuliyyətindən azad etmir.

Poliqona daxil olmaq üçün qoruyucu dəbilqə, respirator, xüsusi eynəklər, xüsusi geyim geyinməlisən. Ərazidə siqaret çəkmək də olmaz.

Min tonlarla zəhərli poliuretan Bakıda bu poliqona toplanır...

B.Hidayətovla birgə “poliuretan qəbiristanlığı”na gedirik. O deyir ki, sökülmüş üzlüklərlə dolu ilk yük maşınları əvvəllər sovet ordusunun kimyəvi maddələr poliqonu olmuş bu əraziyə mayın 21-dən, yəni yanğından iki gün sonra gəlməyə başlayıb.

“İlk gündə 14 yük maşını material gətirildi. Sonra isə gün keçdikcə poliqona üz tutan yük maşınlarının da sayı artdı. Məsələn, mayın 25-də 245 maşın söküntü üzlük tullantısı qəbul etmişik. Bu günə (mayın 26-na-red.) qədər bura üst-üstə 760 yük maşını poliuretan daşınıb. Həmin tullantıların ümumi həcmi 12 min kubmetr təşkil edir. Lakin hələ bu da hamısı deyil. Yük daşınmaqda davam edir” - deyə B.Hidayətov bildirir.

Utilizasiya üçün gətirilən zərərli yük müxtəlif tutuma malik yük maşınlarında daşındığından tullantıların həcmini müəyyən etmək üçün tərəzilər qurulub. Hər maşının gətirdiyi yükün dəqiq qeydiyyatı aparılır.

Min tonlarla zəhərli poliuretan Bakıda bu poliqona toplanır...

Poliqonun meneceri bildirir ki, sökülmüş üzlüklər ümumi tutumu 250 min kubmetr olan “qəbirə” boşaldılır. Həmin “çala-məzar” daxildən geomembran örtüklə örtülüb ki, bu da zəhərli kimyəvi maddələrin torpağa qarışmasının qarşısını alır. Çala zəhərli tullantı ilə dolandan sonra onun üstü qrunt torpaqla doldurulub preslənir. Daha sonra həmin ərazi üst tərəfdən də geomembranla örtülür, təhlükəsizlik məqsədilə xüsusi üsullarla bağlanır.

Poliqonda olduğumuz bir saat müddət ərzində çalaya poliuretan boşaldan 10-dan çox iritonnajlı maşın saydıq. Maşınlar isə gəlməkdə davam edirdi...

Təəssüf ki, tezalışan və zəhərli üzlükləri tam məhv etmək mövcud texnoloji imkanlar xaricindədir. Ona görə də onları hələlik “konservləşdirirlər”. Ola bilər elə imkanlar açılsın ki, onlardan müxtəlif sintetik məhsullar və ya yanacaq almaq mümkün olsun. Lakin bir daha deyək ki, burada basdırılan poliuretanın torpağa qarışmaq təhlükəsi yoxdur.

“Bizim sərəncamımızdakı avadanlıqlar ətraf mühitin çirklənməsinin qarşısını almağa və zəhərli tullantıları təhlükəsiz şəkildə basdırmağa imkan verir. Bu ərazidə mütəmadi olaraq torpağın və suyun analizi aparılır. Hər üç aydan bir isə radioaktiv fon ölçülür. Bizim poliqon müasir sanitar-epidemioloji və ekoloji tələblərə tam cavab verir” - deyə B.Hidayətov bildirir.

Yeri gəlmişkən, burada ətraf mühitdən danışmaq da çətindir. Hər tərəf quru səhralıqdır. Yaxınlıqda heç bir yaşayış məntəqəsi yoxdur. Bu ərazidəki torpaqların kənd təsərrüfatı üçün yararlı olmadığı hələ sovet vaxtında təsbit olunmuşdu. Ona görə də 2003-cü ildə Milli Mərkəz üçün poliqon tikilərkən bu ərazinin seçilməsi heç də təəccüblü deyil. İndi bura binalarımızın qorxulu üzlüklərinin son dayanacaq yeridir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru