Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                 

Beynəlxalq Bankdakı təhlükə digər bankları gözləyirmi? - TƏHLİL
Tarix: 26-05-2015, 12:01 | Çap et
Beynəlxalq Bankdakı təhlükə digər bankları gözləyirmi?
Azərbaycanda fevralın 21-də Mərkəzi Bankın manatın devalvasiyasiyası ilə bağlı qərarından sonra bankların problemli kredit məsələsindən əziyyət çəkdikləri və təhlükə ilə üz-üzə olduqları barədə iqtisadçılar tez-tez siqnallar versə də, bu məsələdə bankları ittiham edənlər də az deyil.

“Qafqazinfo” xəbər verir ki, xüsusilə Beynəlxalq Bankla bağlı üzə çıxan proseslər onu göstərdi ki, ölkədə adi vətəndaşdan tutmuş hüquqi şəxslərin də banklardan götürüb ödəmədiyi kreditlərin məbləği həddindən artıq yüksəkdir. Konkret Beynəlxalq Bankla bağlı məsələdə istinad olunan rəqəmdə 6 milyarda yaxın vəsaitdən söhbət getməsi problemin nə dərəcədə aktual olmasını ortaya qoyur. Eyni zamanda rəqəmlərə istinad etsək, Mərkəzi Bankın 2015-ci ilin birinci rübünün yekunu üzrə hesabatında bildirilir ki, 2015-ci ilin yanvar-mart aylarında Azərbaycanın bank sektorunda ödənişi gecikdirilmiş kreditlərin həcmi 5,88 faizə çataraq 1 213,3 milyon manat təşkil edib.

Ötən ilin analoji dövründə bu göstərici 853,7 milyon manat (ümumi portfelin 5,37 faizi), 2015-ci il fevralın yekunu üzrə isə 1 138,2 milyon manat (5,5 faiz) olub. Ödənişi gecikdirilmiş kreditlərin payı il ərzində 42,12 faiz, ay ərzində isə 6,6 faiz artıb.

Beynəlxalq Bankdakı təhlükə digər bankları gözləyirmi?

Mərkəzi Bankın 2015-ci il aprelin 1-nə olan hesabatına əsasən, banklar tərəfindən 12 209,2 milyon manat (59,17 faiz) milli valyutada və 8432,2 milyon manat (40,83 faiz) sərbəst dönərli valyutada (SDV) olmaqla, ümumilikdə 20 632,3 milyon manat kredit verilib. 2015-ci ilin yanvar ayında bu nisbət müvafiq olaraq 73 və 27 faiz, fevralda isə 60 və 40 faiz olub. Müqayisə üçün deyək ki, 2014-cü ilin mart ayının yekunu üzrə bu göstərici 15 889,5 milyon manat (11 503,2 milyon manat milli valyutada və 4 386,3 milyon manat SDV-də) olub.

2015-ci il mart ayının yekunu üzrə (451 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla) qısamüddətli kreditlərin həcmi 4 585,8 milyon manat təşkil edib. 2014-cü il mart ayının nəticəsinə görə isə, 388,8 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla, 3 544,2 milyon manat təşkil edib. İl ərzində qısamüddətli kreditlərin həcmi 29,4 faiz artıb.

Uzunmüddətli kreditlərin həcmi 2014-cü ilin mart ayındakı 12 345,4 milyon manata (464,9 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla) qarşı 2015-ci ilin yanvar-mart aylarında 16 046,4 milyon manat (762,4 milyon manat ödənişi gecikdirilmiş borclar daxil) təşkil edib. İl ərzində uzunmüddətli kreditlərin həcmi 30 faiz artıb.

Kredit portfeli 7440,8 milyon manat təşkil edib.

Ölkənin dövlət banklarının kredit portfeli 7440,8 milyon manat təşkil edib, özəl banklar tərəfindən isə 12 632 milyon manat kredit verilib. Qalan 2,7 faiz (559,5 milyon manat) bank olmayan kredit təşkilatlarının payına düşüb.

Dövlət Statistika Komitəsinin mart və aprel ayları üzrə açıqladığı məlumatlarda da banklara qaytarılmayan vəsaitin həcminin kifayət qədər yüksək olduğu göstərilir. Belə ki, 2015-ci il martın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,7 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Kreditlərin 1,1 milyard manatının, yaxud 5,5 faizinin ödəmə vaxtı keçib.

2015-ci il aprel ayının 1-nə olan göstəriciyə görə isə, ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Verilmiş kreditlərin 1,2 milyard manatının, yaxud 5,9 faizinin ödəmə vaxtı keçib.

Statistik məlumatlardan bəlli olur ki, təkcə bir ay ərzində ödənilməyən kreditlərin həcmi 5,5 faizdən 5,9 faizə qədər artıb.

“Qafqazinfo” bir neçə bankın 2015- ci ilin birinci rübünə dair vaxtı keçmiş kreditlərin həcminə dair yaydığı maliyyə hesabatı ilə də tanış olub. Məsələn, birinci rübdə “Unibank”ın kredit portfeli 10%-dən çox artıb. Birinci rübdə bankın kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 10,2% artaraq 783 milyon 398 min manata yüksəlib. Vaxtı keçmiş kreditlərin məbləği isə 52 milyon 795 min manat, kredit portfelində xüsusi çəkisi isə 6,7% təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin martında bu göstərici müvafiq olaraq 29 milyon 269 min manat və ya 4,7% təşkil edirdi.

Beynəlxalq Bankdakı təhlükə digər bankları gözləyirmi?

“Bank of Baku”nun 2015-ci ilin birinci rübünə dair açıqladığı maliyyə hesabatında isə qeyd edilir ki, müştərilərə verilən kreditlər və lizinqlər üzrə vaxtı keçmiş kreditlərin həcmi 69 milyon 463 min manat olub.

Beynəlxalq Bankdakı təhlükə digər bankları gözləyirmi?

“Acsess Bank”ın açıqladığı məlumatda isə vaxtı keçmiş kreditlərin məbləğinin 12041.77 AZN, bunun isə kredit portfelində xüsusi çəkisinin 1.30 % təşkil etdiyi qeyd olunub.

Beynəlxalq Bankdakı təhlükə digər bankları gözləyirmi?

Qeyd olunan maliyyə hesabatlarından da bəlli olur ki, bankların vəziyyəti heç də ürəkaçan deyil. Adıçəkilən banklar üzrə qaytarılmayan kreditlərin həcmi milyonlarla ölçülür. Hətta belə bir məlumatlar da səslənir ki, Beynəlxalq Bankla bağlı yaranan situasiya digər bankları da gözləyə bilər. Belə ki, növbəti raundda digər bankların da külli miqdarda kredit götürüb qaytarmayanlarla problemi məhkəmə müstəvisində həll edəcəyi ehtimal edilir.

İqtisadçı ekspert Samir Əliyev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, devalvasiyadan sonra problemli kredit məsələsi qabarmağa başlayıb: “Manatın 35 faiz ucuzlaşması nəticəsində dollarla olan kreditlər birdən-birə 35 faiz artdı. Xüsusilə Konstitusiya Məhkəməsinin məlum qərarını gözləyən insanlarda belə bir inam yaranmışdı ki, məhkəmə onların xeyrinə qərar verəcək. Buna görə də insanlar gözləmə mövqeyi tutdular və krediti ödəmədilər. Bu da problemli kreditlərin həcmini artırdı”.

Bankların problemli kreditlərin ölkə üzrə 6 faiz təşkil etdiyini qeyd edən ekspert vurğulayıb ki, reallıqda isə bu rəqəm dəfələrlə çoxdur: “Banklar var ki, kredit portfelinin yarıdan çoxu problemli kreditlərdir. Vəziyyət ötən illə müqayisədə daha pisdir. Devalvasiyadan sonra dollar kreditlərinin ödənilməsində problem var. Bundan əlavə, ölkədə hazırda biznes sahəsində durğunluq müşahidə olunur. Büdcə ödənişləri azaldığına görə, bütün iş yerlərində ixtisarlar var, işsizlik hökm sürür. Bu da insanların ödəmə qabiliyyətinə mənfi təsir göstərir. Hesab edirəm ki, yaxın bir-iki il ərzində problemli kredit məsələsi aktual olaraq qalacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru