İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                 

Elman Rüstəmov milli əmanətə necə xəyanət edir... - ARAŞDIRMA
Tarix: 19-05-2015, 11:18 | Çap et
Elman Rüstəmov milli əmanətə necə xəyanət edir...
Artıq 20 ildir ki, ölkənin baş bankiri Elman Rüstəmovun idarəçiliyində bank sektorunda çox dəyişikliklər olub. Maliyyə və bank sferasını gerçəkdən diz üstə çökdürən anomaliyaları ilə milli bankçılığı öz primitiv idarəetmə "sisteminə" tabe etdirmiş bu dəyişiklikləri heç də pozitiv adlandırmaq olmur.

Bu nağıllarda nə desən var, bircə səmimiyyətdən savayı... Manatın kəskin devalvasiyasından bir-iki gün öncə baş bankirin 10 milyonluq xalqa verdiyi sözü xatırlayın. Sonra nələr baş verdi, bilirsiniz. Baş bankirin yalanı milyonlarla vətəndaşımızı bir neçə saatın içində müflis etdi. Əslində bu yalan ölkəni talayıb sərvətini xaricə daşıyan bir sıra oliqarx üçün göydəndüşmə oldu. Sonda zərbə altında qalan bu dövlət oldu. Belə davamlı situasiyalar bank sisteminə dövlət nəzarətinin artırılması zərurətini meydana çıxarıb. Artıq primitiv yalanlara özünü inandırmaq istəyənlər də ayılıb. Bu baxımdan, Elman Rüstəmovun idarəçiliyində yaranmış uzunömürlü çatların uçqunlarla nəticələnəcəyini gözləmək olar. Mərkəzi Bankın başına min oyun açdıqdan sonra etibardan salmış sədr Elman Rüstəmovun mənəvi haqqı çatırmı ki, baş verənləri təsadüf adlandırsın? Baş bankirin əlaltıları tərəfindən həyata keçirilmiş "şapkalı" kredit siyasətinin haçansa ölkə iqtisadiyyatına ciddi zərər toxundura biləcəyini, baş bankirin obrazını "Gündəlik Bakı" qəzeti olaraq hələ bir neçə il öncə, daha doğrusu, 2009-cu ildə müşahidə etmişdik. Buyurub tanış ola bilərsiniz.

"Primitiv insanların dövrü, yaxud Elman Rüstəmovun "primitiv" nağılı

Az-çox ciddi təsir bağışalayan, öz işinin öhdəsindən pis-yaxşı gəlməyi bacaran çox azsaylı yüksək çinli dövlət məmurlarından biri də hesab edirdim ki, Azərbaycan Mərkəzi Bankının rəhbəri, hörmətli cənab Elman Rüstəmovdur. Amma ölkənin baş bankında son vaxtlar baş verən dəhşətli cinayət hadisəsindən sonra sözün düzü, baş bankirə olan münasibətim xeyli dəyişib. Təbii, söhbət bir vətəndaşın münasibətindən gedir. Yəqin ki, oxucular söhbətin hansı cinayət hadisəsindən getdiyini bilməmiş deyillər. Açığı bu məlumatı oxuyanda dəhşətli şoka düşdüm. Dövlətin xəzinəsindən bəzi ekspertlərin dediyi kimi, 2 KAMAZ, (bəziləri 3 vaqon deyir) yəni 7 milyard manat pul oğurlanıb. Və hadisə ilə bağlı Mərkəzi Bankın işçisi olan bir neçə zənən xeylağı həbs olunub. Bu qadınların 2 KAMAZ pulu necə oğurlaması sözün düzü, mənə çatmır. Bütün bunlar öz yerində. Biz onsuz da belə şeylərə öyrəncəliyik. Daha təəccüblüsü bilirsiniz nədir? Mərkəzi Bankın sədri Elman müəllimin verdiyi açıqlama. Sözün düzü, adamın ölkənin baş bankirinin bu qədər qeyri-ciddi bir şəxs olduğuna inanmağı gəlmir. Görün, baş bankirimiz bankdan oğurlanan 7 milyard məsələsinə necə aydınlıq gətirir: "Pul, ona toxunan hər kassirin və xəzinədarın özünün məsuliyyəti kimi saxlanılır. Çünki həmin pul bağlamasının üzərində xəzinədarın və mühasibin adı və möhürü olur. Dövlətə və ya müştəriyə çatana qədər həmin pulun məsuliyyətini xəzinədar və mühasib daşıyır". Ay Elman müəllim, sizin dedikləriniz, cəmiyyətə verdiyiniz açıqlama, bankın təlimatından götürülmüş cümlələr kimə lazımdır? Cənab Rüstəmov, az-çox normal ölkələrdə bu həngaməyə görə, bilirsiniz, sizi nə gözləyərdi? Mən vaxtilə keçmiş səhiyyə naziri Əli İnsanov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı yazdığım yazılarda qeyd etmişdim ki, sizlərin bəxtiniz onda gətirib ki, ölkədə hələ ki, ədalət məhkəməsi lazım olan səviyyədə deyil. Yoxsa, sizi nə cəza gözlədiyini mən yaxşı təsəvvür edirəm. İndi, ay Elman müəllim, sizin də bəxtiniz onda gətirib ki, siz azadlıqda gülməli açıqlamalar verirsiniz. Baş bankir sözünə davam edərək, "hazırda məhkəməsi gedən cinayət işi ilə bağlı bir ildir, təhqiqat gedir. Lakin təqsirləndirilən şəxslər Azərbaycan Mərkəzi Bankında bir nəfərin belə adını çəkə bilmirlər. Bu adamlardan nə soruşsalar deyirlər ki, məsələdən xəbərləri yoxdur, onların əsas arqumentləri budur..." Vay-vay, günümüzə-saatımıza bax e, dövlət bankından görünməmiş bir miqdarda pul oğurlanıb, məsuliyyət sahibi isə deyir ki, bir ildir istintaq gedir, amma heç kim etiraf etmir. Bəs, sən vurmadın, mən də yıxılmadım, bəs bu boyda cinayəti kim eləyib? Elman müəllim, bu biabırçı olay təkcə bank sektoruna deyil, ümumiyyətlə, vətəndaşların öz dövlətinə olan inamına böyük zərbə vurub. Siz bunun fərqindəsiniz? Məncə, yox. Əgər fərqində olsaydınız, ən azı təcili istefa verərdiniz, mən hələ daha ciddi addımları demirəm. Daha ciddi addımlar deyəndə ,bilirsiniz də, nəyi nəzərdə tuturam? Elman Rüstəmov "humanistlik" nümayiş etdirməyindən də qalmır: "iş üzrə saxlanılanların əksəriyyəti pensiyaçı adamlardır. Məni narahat edən onların taleyidir. Çünki biz hamımız insanıq, indi o adamlar nəvələri ilə birgə oynamalı idilər, hansısa oğurluqda suçlanmalı deyildilər". Vallah, bu hamam suyundan özünə dost tutmağa oxşayır. Baş bankiri dövlətin oğurlanan 7 milyardı deyil, kiminsə pensiyaçı, nənə, baba olması guya narahat edir. Bu adam görünür, ya daşıdığı vəzifənin məsuliyyətini dərk eləmir, ya da vəziyyət biz bildiyimizdən də tragikomikdir.Elman Rüstəmov bu hadisənin Azərbaycan Mərkəzi Bankının tarixində tarixi sınaq olduğunu deyib. Onun sözlərinə görə, qurumun kollektivi hadisədən xəbər tutanda şok içərisində olub: "Çünki bu işdə həm də Mərkəzi Bankın, kollektivin reputasiyası şübhə altına alınır və təbii ki, bu dərin təəssüf doğurur". Rəhmətliyin oğlu, daha bundan sonra reputasiyadan danışmağın mənası qalıb? O ki qaldı şoka, mənim nənəm də şoka düşüb, ay Elman müəllim. Mərkəzi Bankın İdarə Heyətinin sədri burada çalışan hər kəsin pulla işlədiyini və bu səbəbdən atdığı addımların məsuliyyətini anladıqlarını deyir. Onun sözlərinə görə, təqsirli bilinən şəxslərin niyə oğurluğa əl atması başa düşülən deyil: "Mən hələ də başa düşə bilmirəm ki, bu, onların nəyinə lazım idi? Həmin nənələrin, anaların müttəhimlər kürsüsündə oturması onlara, ailələrinin reputasiyasına yaraşırmı? Sakit təqaüdçü həyatına hazırlaşmaq əvəzinə, nəvələrini böyütmək əvəzinə onlar bu yolu seçiblər".Elman müəllim işçilərinin nə üçün bu yolu seçdiyini guya anlayıb başa düşmür. Və o, " bu, onların nəyinə lazım idi" soruşur. Necə yəni nəyinə lazım idi? Pul adəm oğlunun nəyinə lazımdır? Axırda Elman müəllim çox uzun-uzadı hesablamalar, analizlər aparandan sonra "dahiyanə" bir nəticəyə gəlir: "Onlar (yəni Mərkəzi bankdan 7 milyard oğurlayanlar) çox primitiv səhv ediblər". Bu boyda dövləti cinayəti primitiv səhv adlandırmaq yerə-göyə sığan deyil, amma sual edirəm o şadlıq evləri nə ilə tikilib.

Yazıdan göründüyü kimi, Elman Rüstəmovun primitiv nağılları kəskin tənqid atəşinə tutulur. Bəs bu nağıllarla 7 milyardlıq oğurluq pulları beş-altı qadının boyuna biçmək mümkündürmü? Təbii, ki, mümkün deyil. Çünki, damı üzərindən bir milçəyin belə uça bilmədiyi Mərkəzi Bankda hər hansı bir oğurluq baş verirsə də, bunun dolayısı ilə baş bankirlə hər hansı əlaqəsi məntiqlə ortaya çıxır. 7 milyardlıq bir leqal oğurluğu primitiv səhv adlandıran Elman Rüstəmovdan bu gün xalq yaxşı nə gözləyə bilər ki?

Əmanətə xəyanət

Düz 6 il öncə qəzetimizdə dərc edilmiş yuxarıdakı yazı Mərkəzi Bankın sədri Elman Rüstəmovun bugünkü primitiv idarəçiliyinə necə də güzgü tutur! Güzgüdə milli tariximizin ən böyük leqal bank oğurluğunu görə bilərsiniz. Hələ 1991-ci ildən Prezident Aparatında məsləhətçi kimi işə götürülmüş Elman Rüstəmov Rəhmətlik Əbülfəz Elçibəyin sərəncamı ilə 1992-ci ilin dekabrında Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin ediləndə çoxları onun karyera yüksəlişinə laqeyd yanaşırdı. Bunun qarşılığında isə baş bankirin müavini cəbhə hakimiyyətinin ona göstərdiyi etimadı səylə doğrultmağa çalışırdı. Çalışmalar bir neçə ildən sonra bəhrəsini verdi. 1995-ci ildə Milli Bank Elman Rüstəmova əmanət edildi. O vaxtdan illər keçib. Lakin bu illər əmanətə xəyanətlərlə müşayiət edilib. Nəticə göz qabağındadır. Elman Rüstəmov ona əmanət edilən Mərkəzi Bankı çıxılmaz vəziyyətə gətirib çıxarıb. Bir neçə günün içində dövlətimizin göyə sovrulmuş milyardlarının ünvanı bu şəxsdən savayı kimə bəlli olmalıdır ki? Son araşdırmalar göstərir ki, Elman Rüstəmovun primitiv idarəçiliyindən daha çox əziyyət çəkən əmanətçilərdir. Məlumat üçün bildirək ki, bu günlərdə Mərkəzi Bank yanında Əmanətlərin Sığortalanması Fondu Himayəçilər Şurasının iclasında 2015-ci ilin 1-ci rübünün nəticələri müzakirə edilib və əmanətlərin sığortalanması ilə bağlı qaydaların hələlik dəyişdirilməməsi qərara alınıb. Beləliklə, 1-ci rübün açıqlanan nəticələrinə görə, hazırda Fonda üzv banklar 6 985 590 əmanətçiyə xidmət göstərir ki, onların da 6 257 920 nəfəri qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,5 faizinin əmanəti 30 min manata qədərdir və tam kompensasiya edilir. Qalan 600 mindən artıq əmanətçinin isə hüquqları necə deyərlər havadan asılı qalıb. Bu gün ölkənin banklarındakı əmanətlərin 4,1 milyard manatı qorunan, 3,4 milyard manatı isə qorunmayan əmanətlərdir. Üst-üstə 7,5 milyard manat təşkil edən əmanətlərin taleyi innən belə qaranlıq qalacaq. Manatın kəskin ucuzlaşmasından sonra onsuz da ziyana düşən əmanətçi indi kimə inansın? Buyurun baxın, görün qorunan əmanətçilərə Mərkəzi Bank tərəfindən necə "kəf" gəlinib. Manatın kəskin ucuzlaşdırılmasından sonra qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə qaldırıldı. Lakin Mərkəzi Bank yanında Əmanətlərin Sığortalanması Fondu bununla da "işi" bitirmiş hesab etdi. Yeni qərara görə bu rəqəm artıq 10 faizdən də aşağı olmalıdır. Ekspertlərin fikrincə, manat dəyərini 34 faiz itirdiyinə görə məsələ düzgün tənzimlənməyib.Faiz dərəcələri ən azı 34 faiz artırılmalıydı ki. əmanətçilər Mərkəzi Banka etibar etdikləri əmanətlərin itirilmiş hissəsini kompensasiya edə bilsinlər. Bu cür biabırçılıqların hesabını Elman Rüstəmovdan haçansa soran olacaq.

Milli Məclisin mayın 15-də "Mərkəzi Bank haqqında" qanuna etdiyi əlavə və dəyişikliklər deyəsən, Mərkəzi Bankın etibarlılıq şkalasını aşağı salacaq. Bu təcili və qaçılmaz addımın Milli Bankın ehtiyatlarının azalması fonunda atılması diqqəti cəlb edir. Son bir ildə Mərkəzi Bankın ehtiyatları 1,3 milyard manat azalıb. Nəticədə maliyyə bazarına dövlət müdaxiləsi gündəmə gəlib. Başqa sözlə desək, baş verən neqativ proseslər dövlətin Mərkəzi Banka etibarını kəskin şəkildə sınağa çəkib. "Mərkəzi Bank haqqında" qanuna dəyişiklik edilməsində məqsəd Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığının bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilməsinin təmin edilməsidir. Mərkəzi Bankın kapital ehtiyatları innən belə hesabat ilinin mənfəətindən ayırmalar hesabına nizamnamə kapitalından az olmamaq şərti ilə formalaşdırılacaq. Eyni zamanda yeni dəyişikliklərə əsasən xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunmalıdır. Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır. Bu rəqəm kommersiya banlklarının nizamnamə kapitalından düz 5 dəfə aşağıdır. Ekspertlərin söylədiyi kimi, Elman Rüstəmov nədənsə bu biabırçı fərqin aradan qaldırılmasına çalışmır. Qəbul edilmiş yeni dəyişikliyi nəzərə alaraq söyləmək olar ki, Mərkəzi Bankın artan ehtiyatlarının yalnız çox cüzi bir hissəsi onun sərəncamında qala bilər. Kommersiya bankları ilə müqayisədə bu şərt çox absurd görünmürmü? Burdan da belə qənaətə gəlmək olar ki, Mərkəzi Bankın səlahiyyətləri xeyli dərəcədə ixtisara düşəcək. Buna görə məsuliyyəti şəxsən Elman Rüstəmov daşıyır. Belə etibarsız bankirlə heç kəs işgüzar əlaqə qurmayacaq. Digər tərəfdən, ölkədə baş verən son "kredit həbslərinin" dövlət tərəfindən atılan məcburi addım kimi qiymətləndirilməlidir. Lakin vəziyyətin bu dərəcədə biabırçı şəkil almasında Mərkəzi Bankın sədrinin də məsuliyyət məsələsi ortaya qoyulmalıdır. Lakin təkcə bununla iş bitmir. Elman Rüstəmovun səbatsız rəhbərliyi nəticəsində kommersiya bankları da müflisləşmə həddinə çatdırılıb. Bu gün etibarını dövlət qarşısında itirmiş Elman Rüstəmovun nağılvari primitiv yalanları yeni motivasiyada davamını tapmaqdadır. Lakin auditoriyası bomboş olan bu yalanların heç biri heç 40 gün də çəkmir. Çünki, baş bankir kimi bir səlahiyyət sahibinin çoxillik primitiv nağılları onun simasında bankçılığın "cırtdan" obrazını formalaşdırıb. Mən bildiklərimdən az bir hissəsini yazdım. Növbə qaldı araşdırma aparanlara.

P.S. Qarşı tərəfin münasibətləri dərc oluna bilər.

(Ardı var)
"Gündəlik Bakı"nın araşdırma qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru