Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                 

Maliyyə Nazirliyində “Gədəbəy qruplaşması”nın korrupsiya burulğanı - İlginc faktlar
Tarix: 14-05-2015, 08:40 | Çap et
Maliyyə Nazirliyində “Gədəbəy qruplaşması”nın korrupsiya burulğanı
Maliyyə Nazirliyində şəbəkələşmiş qrupun korrupsiya mexanizmi haqda yeni məlumatlar yayılıb.

Bəzi media quruluşlarında Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifovun 1-ci müavini Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir. Eyni zamanda onun 1 saylı Xəzinədarlıq İdarəsi və bu idarənin rəisi Nadir Qarayev vasitəsiylə necə rüşvət mexanizmi tətbiq etməsi haqda informasiyalar var.

Bizi məlumatlandıran sahibkarlardan biri deyib ki, 1-ci müavin Azər Bayramovun В«çətirВ»i altında xüsusi statusa sahiblənmiş Nadir Qarayev korrupsiya şəbəkəsinə nazirlik və komitələrin maliyyə şöbələrinin rəislərinə də cəlb eləyib: В«Məlumat üçün bir daha qeyd edim ki, Nadir Qarayev təkcə idarə rəisi və korrupsiya şəbəkəsində önəmli rol oynayan şəxs kimi deyil, həm də Azər Bayramovun yerlisi, yaxın qohumu olaraq nazirlik, komitə, icra hakimiyyətlərinin В«qorxulu röyasıВ»dır. Onun bir kəlməsi istənilən nazirliyin maliyyə şöbəsinin müdirini əmrə müntəzir hala gətirir. Əks halda, həmin nazirlik vəsaitlərin vaxtlı-vaxtında köçürülməsində (maliyyəçilərin diliylə desək, hesabların açılması-redaksiya) ciddi sıxıntılar yaşayacaq. Nadir Qarayev yerlisi və əsas himayəçisi olan Azər Bayramova güvənərək, bu təsir imkanından yararlanaraq, ona tapşırılmış В«faiz yığmaqВ» prosesini çox böyük ustalıq və peşəkarlıqla yerinə yetirirВ».

Daxil məlumata görə rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov sözün həqiqi mənasında В«oliqarxВ» məmura çevrilib. Namiq Məmmədov Maliyyə Nazirinin müavini Azər Bayramovla qohumluq münasibətlərindən istifadə edərək büdcə təşkilatlarına ayrılan vəsaitlərdən özünün istədiyi qədər В«faizВ» alır. Bu barədə saytımıza məlumat verən mənbəninin bildirdiyinə görə maliyyə idarəsinin müdiri büdcə idarələrinə cari və əsaslı təmir, avadanlqılar, digər mal matreallar alınması üçün ayrılan vəsaitlərdən 13 faiz özü üçün tələb edir. Belə ki, idarə və müəssisə rəhbərləri maliyyə idarəsinin müdirinin В«payınıВ» nəğd şəkildə əvvəlcədən çatdırırlar. Əks təqdirdə vəsaitin idarə və müəssisələrin hesabına köçürülməsində ciddi В«problemlərВ» ortaya çıxır. Ümumilikdə isə Gədəbəy Maliyyyə İdarəsinin müdirinin illik В«gəliriВ» yüzmin manatlarla ölçülür. Məlumatlı mənbəninin cumhuriyyet.az-a bildirdiyinə görə Namiq Məmmədovun maliyyə nazirinin müavini Azər Bayramovla isti münasibətlərindən ilk növbədə yaralanan icra başçısı Ramiz Yediyarovdur. Belə ki, rayon icra başçısı bir çox cari təmirləri həyata keçirən kiçik şirkətlərin çoxunu maliyyə idarəsi rəisinin əmisi oğlu, Gədəbəy Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədova həvalə etməklə özünə hər il yüz min manatlarla "xeyir” götürür.

İddiaya görə Namiq Məmmədov maliyyə nazirliyində Azər Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərən və ayrılan büdcə vəsaitlərindən faiz almaqla milyonlar qazanan "Gədəbəy qruplaşması” deyilən şəbəkənin regiondakı ən etibarlı və nüfuzlu şəxslərindən biridir. Hətta bir çox rayonların maliyyə şöbəsinin müdirləri nazirlikdəki işlərinin "aşırılması” üçün Namiq Məmmədovun köməyindən istifadə etdiyi deyilir. Bildirilir ki, Namiq Məmmədov və əmisi oğlu rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədov bölgədə "Gədəbəy qruplaşması”ının başında dayanan əsas şəxslərdir və bu şəxslərin əli ilə Azər Bayraiov hər il Gəncəbasar regionlarından miylonlarla manat В«faizВ» toplayır. Qeyd olunur ki, Ramiz Məmmədov bir vaxtlar rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmin vaxtlar Ramiz Məmmədov rayon təhsilində baş verən çoxsaylı maxinasiya və qanunsuzluqlarla ad çıxartıb.

Mənbəmiz iddia edir ki, Ramiz Məmmədovun "fironluğu”, həmçinin maliyyə maxinasiyaları barədə dəfələrlə təhsil nazirliyinə və prezident aparatına edilən şikayətlərdən sonra, əmisi oğlu Namiq Məmmədovun sayəsində qəflətən rayon mədəniyyət və turizm şöbəsinə "transfer” olunub. Çünki Ramiz Məmmədov təhsil şöbəsində həyata keçirdiyi maliyyə maxinasiyalarını əmisi oğlu Namiq Məmmədov vasitəsi ilə hayata keçirib və bu maxinasiyaların üstünün açılması Maliyyə İdarəsinin müdiri üçün həbsxana qapılarını aça bilərdi.
İddiaya əsasə ucqar bir rayonda məmur oliqarxa çevrilən Namiq Məmmədov daha böyük iddialara düşdüb. Gədəbəy maliyyə idarəsinin müdiri Azər Bayramovun dəstəyi ilə icra başçısı Gədəbəyə, ya da yaxın rayonların birinə icra başçısı təyinatı almaq üçün bütün imkanlarını səfərbər edib. Onun bu işdə əsas hamisi isə Azər Bayramov və "Gədəbəy qruplaşması”nın Bakıdakı fəal üzvlərdir.

Maliyyə Nazirliyində şərti adı В«Gədəbəy qruplaşmasıВ» adlanan Azər Bayramov-Nadir Qarayev birliyi elə vəziyyət yaradıb ki, artıq Samir Şərifovun çevrəsində olanlar da səslərini çıxarmağa başlayıblar: В«Yaxın aylara qədər susanlar bu gün açıq şəkildə В«Gədəbəy qruplaşmasıВ» və onların himayəsində olan maliyyə məmurlarının hərəkətlərindən şikayətlənməyə başlayıblar. Onlarla bərabər, ölkədə ciddi rol və nüfuza sahib olan bəzi nazirlərin də bu qruplaşmadan narazı olduğu sirr deyil. Çünki məhz bu qrup həmin nazirliklərin dövlət proqrammı çərçivəsində gördükləri işlərin sürətli və keyfiyyətli aparılmasına mane olurlar. Çünki nazirliklərin layihələrində qalib olan şirkətlər 1 saylı Xəzinədarlıq İdarəsinin razılığı ilə hesablarına köçürülməli olan vəsaitləri vaxtında ala bilmirlər. Nadir Qarayev açıq şəkildə В«şərtiВ»ni qoyaraq, В«haqqıВ»nı istəyir. Bu isə həmin nazirlik və komitələrin layihələrini təhlükə altına qoyur. Üstəlik, tələb edilən iri məbləğli "faiz” ödənildiyi halda, işlərin keyfiyyəti istər-istəməz aşağı düşür. Maraqlı burasıdır ki, dövlət qurumlarının maliyyə şöbəsi rəisləri də belə vəziyyətdə öz vəzifələrini qorumaq və son bir neçə ildə üstün mövqeyə sahiblənmiş В«Gədəbəy qruplaşmasıВ» ilə düşmən olmamaq üçün sahibkarları sıxmağa başlayırlar. Açıq şəkildə tender qalibi olan şirkətlərə В«1 saylı Xəzinədarlıq idarəsinin 6 (altı) faizini gətirin, hesabınıza pul köçürülsünВ» deyirlər. Bəli, В«Azər Bayramov- Nadir Qarayevin "hakimiyyət pramidası”ı bu şəkildə qurulub, rüşvət elə bu mexanizmlə alınırВ».

Nadir Qarayevin rəhbərlik etdiyi xəzinədarlıqda sanki bir "gestapo rejimi”nin hökm sürdüyünü bildirilən müsahibimiz deyir ki, bu qrup elə bir həddə çatıb ki, artıq Azərbaycan dövlətinin strateji maraqlarını da nəzərə almırlar: В«Bəlkə də digər nazirlik, komitə və icra hakimiyyətlərini anlamaq olar. Ancaq müharibə şəraitində olan Azərbaycan ordusunun təminatını həyata keçirən şirkətlərdən də В«hesabВ» tələb olunması, heç də anlaşılan deyil. Mənim bildiyimə görə, Nadir Qarayev faktiki ordunu ərzaq və digər tələbatlarını təmin edən şirkətlərə qarşı da güzəştə getmir. Düzü, bu məsələyə Müdafiə Nazirliyinin maliyyə şöbəsinin rəisi Namiq Poladov necə yanaşır, bunu bilmirəm. Amma dəqiq bildiyim odur ki, Nadir Qarayevə 6 faizlik В«hesabВ» çatmasa, Müdafiə Nazirliyinin tenderlərində qalib olan və ordunun təminatını həyata keçirən şirkətlərin pulu da hesablarına köçürülmür…».

Müsahibimiz deyir ki, Azər Bayramovun В«patronВ»luğu ilə həyata keçirilən bu sistemə qarşı çıxan dövlət qurumalrı və şirkətlər dözülməz vəziyyətlə üzləşirlər: В«Məsələn, tərtib olunan maliyyə sənədləri düzgün, qanunauyğun olsa da, Nadir Qarayev aylarla təqdim olunan sənədlərin icrasını yubadır. Və sonda В«hesabВ» ödənilmədiyi üçün sənədlər bir bəhanə ilə geri qaytarılır. Bu isə qalib şirkətin tenderin şərtlərinə əməl edə bilməməsinə səbəb olur ki, nəticədə şirkətlər daha böyük məbləğdə zərərlə üzləşirlər. Maliyyə Nazirliyindəki məlum qrup da bunu əla bildiklərindən çox rahat şəkildə В«öz fəaliyyətВ»lərini yüksələn xətlə davam etdirirlər. Nəticədə bu qrup çox böyük vəsaitləri təyinatından yayındırmaqla, iri kapital sahibinə çevrilir. Həmin kapitalın sabah kimə və necə istifadə olunacağını araşdırmaq, bu dövlətin işidir. Ancaq hələlik bu prosesdən həmin qrup qazanclı, şirkətlər, onların işçiləri, nəhayət, dövlət isə itirən çıxırВ».///cumhuriyyet.az

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru