Bu ilin ilk 3 ayında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 1 milyon 795 min dollar olan 1 min 694,8 ton dondurulmuş nərə balığı ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan dondurulmuş nərə balığının 1 kiloqramının orta gömrük dəyəri 1,06 dollar (1,8 manat) olub.
Qeyd edək ki, Azərbaycan bu məhsulu 3 ölkəyə ixrac edib.
İxrac olunan məhsulun miqdarı və 1 kiloqramının orta gömrük dəyəri belə olub:
Qazaxıstan – 178,2 ton (0,93 dollar/kq);
Rusiya – 1 473,8 ton (1,08 dollar/kq);
Türkmənistan – 42,8 ton (0,75 dollar/kq).









