DİA.AZ: - "SOCAR Azneft İB strukturunda növbəti kadr dəyişikliyi olub". DİA.AZ bildirir ki bu barədə məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı verib.
M.Qəhrəmanlı məlumatında qeyd edib:
"Neft Daşları NQÇİ-nin rəisi Balaəli Cəfərov Abşeronneft NQÇİ-yə rəis göndərilib. Artıq bir müddət idi ki, bu idarənin rəisi işdən azad olunsa da, yerinə təyinat olmamışdı. Balaəli müəllim bacarıqlı, təcrübəli və sahə üzrə peşəkardır.
Neft Daşları NQÇİ-yə rəis vəzifəsinə 1984-cü il təvəllüdlü Asim Bağırov təyin olunub. Azneft 28 May adına NQÇİ, Azneftin istehsalat şöbəsində çalışıb".
Hüquq müdafiəçisi hər iki kadra uğurlar diləyib.
DİA. AZ









