Əsas Səhifə > Dünya > Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI...

Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI...


Bu gün, 01:17

Türkmənistanda bölgələrdə yaşayanları sentyabrın sonunda Müstəqillik Günü tədbirlərdə iştirak üçün paytaxt Aşqabada getməyə məcbur edirlər. "DİA-AZ" xəbər verir ki, bu xəbəri AzadlıqRadiosunun türkmən xidməti yayıb.
Mənbələrin dediyinə görə, insanlar ailələrini bir aylıq qoyub getməli olurlar. Onların televiziyada göstəriləcək bir neçə saatlıq tədbirlər üçün məşq etdikləri bildirilir.
Avqustun 31-də Balkan vilayətinin dəmiryol vağzalından yerli sakinlər Aşqabada yola salınıblar. Onlar Xalq Şurasının iclasında və Müstəqillik Günü şənliklərində iştirak edəcəklər.
"Paytaxta hər rayondan 20 mədəniyyət işçisi, 10 ağsaqqal, deputatlar və bir sıra vəzifəli şəxslər göndərilib", – mənbə bildirib.
Üstəlik, Balkan vilayətindən göndərilən iştirakçılar bir ay ərzində onlar üçün ayrılmış hotellərdə qalmalıdırlar. Yaşayış xərclərini özləri ödəməlidirlər, başqa yerlərdə qalmalarına icazə verilmir.
"Azatlıq"ın mənbələrinə görə, paytaxta göndərilənləri dövlət idarələrində hazırlanan ciddi siyahılar əsasında seçirlər, prosesə Milli Təhlükəsizlik Nazirliyi nəzarət edir.
.
.
.
Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...

Geri qayıt