Əsas Səhifə > Dünya > İranda müxalif fikirlilər üçün YENİ CƏZA

İranda müxalif fikirlilər üçün YENİ CƏZA


Bu gün, 07:53

İran hakimiyyəti tənqidçiləri və vətəndaş cəmiyyəti fəallarını cəzalandırmaq üçün yeni vasitə tapıb –SİM kartları bloklayır. "DİA-AZ" xəbər verir ki, bu qadağa təkcə mobil rabitədən məhrum olmaq demək deyil.
İranda bank, dövlət, sığorta, məhkəmə və hətta təhsil xidmətlərindən istifadə mobil telefon nömrəsinə və SMS-lə göndərilən birdəfəlik kodlara bağlıdır. Bu səbəbdən şəxsin SİM kartının bloklanması onu bir sıra vacib xidmətlərdən və hüquqlardan faktiki məhrum edir.
Donya Rad adlı qadın deyir, bu yaxınlarda avtomobil sığortasını yeniləyə bilməyib. Yeni qaydaya görə, bundan ötrü dövlətin mənzil portalında yaşayış ünvanını qeydiyyatdan keçirmək tələb olunur. Bu zaman SMS-lə təsdiq kodu göndərilir. SİM kartı bloklandığı üçün Rad həmin kodu ala bilməyib.

Geri qayıt