Əsas Səhifə > Dünya > ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib?
ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib?Bu gün, 08:41 |
|
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff bu həftə Moskvaya ona görə gedib ki, NATO ölkələrinə, xüsusilə Estoniya, Latviya və Litvaya hücum etməməsi üçün Rusiyaya xəbərdarlıq etsin. "DİA-AZ" xəbər verir ki, bunu AzadlıqRadiosuna səfərin detallarından xəbərdar mənbələr deyiblər.
Bu səfər Baltik ölkələrində Rusiyanın mümkün təcavüzü ilə bağlı narahatlığın artdığı vaxtda gerçəkləşib.
Baltik ölkələrindən birinin diplomatı anonimlik şərti ilə AzadlıqRadiosuna bildirib ki, Retkliffin Moskvaya səfəri barədə rəsmiləri “əvvəlcədən xəbərdar etmişdilər”.
Rusiya səfəri təsdiqləyib. Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MKİ direktoru ilə “işgüzar görüş” keçirdiyini bildirib. O, tərəflərin həssas məsələləri müzakirə etdiklərini deyib, detallı danışmayıb.
Geri qayıt |