Əsas Səhifə > Dünya > Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb

Odessa yaxınlığında raket zərbəsinə məruz qalan yük gəmisi batıb


Bu gün, 06:19

Odessa yaxınlığında ötən həftə raket hücumuna məruz qalan xarici mülki yük gəmisi batıb.

"RBK-Ukrayna" xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib.


Onun sözlərinə görə, gəmi iyulun 19-da Ukrayna qarğıdalısı ilə yükləndikdən sonra limanı tərk edərkən raket zərbəsinə məruz qalıb. Hücum nəticəsində doqquz ekipaj üzvü və bir ukraynalı losman həlak olub, səkkiz dənizçi isə xilas edilib.

Kiper bildirib ki, gəmi tam batarkən göyərtədə artıq heç kim olmayıb.


Geri qayıt