Əsas Səhifə > Dünya > ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşırBu gün, 06:43 |
|
ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini gücləndirir və İrana qarşı əməliyyatların genişləndirilməsi variantını nəzərdən keçirir. Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, son bir həftə ərzində ABŞ-dəkı hərbi bazalardan Yaxın Şərqə xüsusi təyinatlı qüvvələr göndərilib. Bundan əlavə, 150-dən çox hərbi tibb işçisi Almaniyadakı Landştul Tibb Mərkəzinə ezam olunub. Bu mərkəz Yaxın Şərqdə yaralanan ABŞ hərbçilərinin müalicə olunduğu əsas müəssisələrdən hesab edilir. Mənbələrin bildirdiyinə görə, qırıcı təyyarələr regiondakı müxtəlif aviabazalara yerləşdirilib, ABŞ və Böyük Britaniyadakı bombardmançı təyyarələr isə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. "The Wall Street Journal" qeyd edir ki, bu addımlar ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları genişləndirmək ehtimalını nəzərdən keçirdiyini göstərir. Nəşr eyni zamanda vurğulayır ki, İranla genişmiqyaslı müharibə ABŞ-nin sursat ehtiyatlarının daha da azalmasına və qlobal neft bazarında yeni sarsıntılara səbəb ola bilər. Qəzet xatırladır ki, iyulun ortalarında da Tramp administrasiyasının İran ərazisinə bombardmanların genişləndirilməsi, Hörmüz boğazı yaxınlığındakı adalara quru qoşunlarının göndərilməsi və İranın enerji infrastrukturuna zərbələr endirilməsi kimi variantları müzakirə etdiyi barədə məlumat yayılmışdı. Geri qayıt |