Əsas Səhifə > Dünya > Ruslardan özlərinə layiq yarışma...

Ruslardan özlərinə layiq yarışma...


Bu gün, 07:19

Rusiyanın Stavropol şəhərində unitazdan ən sürətlə içmə üzrə müsabiqə keçirilib.
"DİA-AZ" xəbər verir ki, qalibə 100 min rubl mükafat vəd edilib. Müsabiqə 10 saatdan çox davam edib.
Stavropolda santexnika brendi tərəfindən qalmaqallı bir müsabiqə keçirilib. “Ostorojno, novosti” Teleqram kanalının yazdığına görə, iştirakçılar 100 min rubl mükafatı qazanmaq üçün qeyri-adi tapşırıqları yerinə yetirməli olublar.
“Taxt oyunları” adlı aksiya “Domiks” mağazalar şəbəkəsinin filiallarından birində baş tutub. Yarışın ilk mərhələsində iştirakçılardan unitaz kasasından alkoqolsuz köpüklü içkini mümkün qədər tez içmək tələb olunub. Qalib gənc oğlan olub və brend onun qazandığı 100 min rublu əlində tutaraq çəkilmiş fotosunu yayımlayıb.

Geri qayıt