Əsas Səhifə > Dünya > ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb
ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıbBu gün, 05:50 |
|
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı gün ərzində həyata keçirilən ikinci zərbələr dalğasının başa çatdığını açıqlayıb. Bu barədə CENTCOM-un X hesabında paylaşım edilib. Məlumata görə, ABŞ qüvvələri İranın komanda mərkəzlərini, hava hücumundan müdafiə sistemlərini, raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi məntəqələri, eləcə də sahil müşahidə postlarını hədəfə alıb. CENTCOM qeyd edib ki, əməliyyat zamanı yüksək dəqiqlikli sursatlardan istifadə olunub və zərbələr Bəndər-Abbas şəhərinə də endirilib. ABŞ, CENTCOM, İran
APA xəbər verir ki, bu barədə qurumun "X" hesabında məlumat yayılıb. Qeyd olunub ki, əməliyyat beynəlxalq ticarət üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. CENTCOM vurğulayıb ki, ABŞ hərbçiləri əməliyyatları Ali Baş Komandanın göstərişi əsasında həyata keçirir. Geri qayıt |