Əsas Səhifə > Dünya > Qiyabi olaraq 15 il iş aldı...
Qiyabi olaraq 15 il iş aldı...Bu gün, 08:05 |
|
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Ali Radanın ölkədən qaçmış keçmiş deputatı Andrey Derkaçı dövlətə xəyanət və qanunsuz varlanma ittihamları ilə qiyabi olaraq 15 il azadlıqdan məhrum edib. "DİA-AZ"ın məlumatına görə, xəbəri AzadlıqRadiosunun Ukrayna xidməti yayıb.
İstintaqın məlumatına görə, Derkaç 2019-2020-ci illərdə Moskvada Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (QRU) nümayəndələri ilə mütəmadi görüşüb, daha sonra Ukraynanı nüfuzdan salmaq məqsədilə mətbuat konfransları keçirib.
İddialara görə, Derkaç Rusiya xüsusi xidmət orqanlarından azı 567 min ABŞ dolları alıb, bu vəsaiti Ukraynaya informasiya hücumları təşkil etmək üçün istifadə edib.
Geri qayıt |