Əsas Səhifə > Dünya > ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq

ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq


Bu gün, 06:01

ABŞ-nin İrana qarşı həyata keçirəcəyi yeni zərbə dalğasının iyulun 7-də baş tutan hücumlardan daha genişmiqyaslı olacağı bildirilir.

Teleqraf xəbər verir ki, "Reuters" agentliyinin ABŞ administrasiyasındakı mənbəyə istinadən yaydığı məlumata görə, yeni əməliyyat zamanı endiriləcək zərbələrin sayı əvvəlkindən çox olacaq.

Mənbə bildirib ki, ABŞ-nin İrana endirəcəyi zərbələrin sayı çərşənbə axşamı günündəkindən daha çox olacaq.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında nəzarət imkanlarını zəiflətmək məqsədilə ölkəyə qarşı əlavə zərbələrə başlanıldığını açıqlamışdı.


Geri qayıt