Əsas Səhifə > Dünya > Rusiya benzin dilənməyə başlayıb

Rusiya benzin dilənməyə başlayıb


Bu gün, 02:34

Rusiya Qazaxıstandan humanitar yardım olaraq 50.000 ton benzin istəyib. "DİA-AZ" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin mənbələrinə görə, Qazaxıstan yanacaq böhranı fonunda iyul və avqust aylarında Rusiyaya 50.000 ton benzin tədarük etməyə razılıq verib. Bu, A-92 və A-95 markalı benzinlərə aiddir.
Eyni zamanda, Qazaxıstanın Energetika Nazirliyi rəsmi olaraq Rusiyanın dövlət müəssisələrindən humanitar yardım olaraq yanacaq tədarükü ilə bağlı heç bir sorğu almadığını bildirib.
Rusiyada yayda, pik tələbat dövründə benzin istehlakı gündə ən azı 110.000 ton təşkil edir. "Yanacaqdoldurma məntəqəsi" adlandırılan ölkənin əvvəlki şöhrətindən əsər-əlamət qalmayıb. Belə davam edərsə, yaxın zamanlarda Rusiya dünənə qədər saya salmadığı, yuxarıdan aşağı baxdığı ölkələrdən də yardımlar istəyəcək...

Geri qayıt