Əsas Səhifə > Dünya > SEPAH-ın əl-qolu açılır...

SEPAH-ın əl-qolu açılır...


Bu gün, 09:13

İran üzərindən sanksiyaların mümkün götürülməsi SEPAH-ın iqtisadi təsirini gücləndirə bilər.
"DİA-AZ" xəbər verir ki, bu məlumatı “Reuter” mənbələrinə və analitiklərə istinadən yayıb. Məlumata görə, SEPAH sanksiyalar boyunca neft sənayesi, tikinti, nəqliyyat, liman infrastrukturu və telekommunikasiya sahəsində geniş şəbəkə yaradıb. Hətta məhdudiyyətlər şəraitində korpus İran iqtisadiyyatına geniş təsirini saxlayıb.
ABŞ ilə əldə edilən razılaşmanın şərtlərinə əsasən, İran neft ixracına sanksiyalar qismən yumşaldıla, yekun razılaşma bağlanacağı halda isə məhdudiyyətlər geniş miqyasda ortadan qaldırıla və 300 milyard dollarlıq iqtisadiyyatın bərpa fonduna giriş əldə edə bilər.
“Reuters” yazır ki, SEPAH sanksiyalar şəraitində işləmək təcrübəsi və mövcud ticarət sxemləri sayəsində əsas mövqelərini qoruyub saxlayacaq.

Geri qayıt