Əsas Səhifə > Dünya > Ya İran ABŞ-ı barmağına dolayıb, ya da Tramp dünya ilə məzələnir

Ya İran ABŞ-ı barmağına dolayıb, ya da Tramp dünya ilə məzələnir


Bu gün, 09:12

Tramp son 3-4 ayda ən azı 20 dəfə İranla “xaruqəladə saziş” imzaladığını açıqlayıb. O, ötən gecə ərzində planlaşdırılan hərbi hücumları ləğv etdiyini bildirib və "Xark adası əməliyyatı artıq gündəmdə deyil", - deyib.
İranla danışıqlarda "böyük bir kompromis" əldə edildiyini və razılaşmanın gələn həftənin əvvəlində Avropada vitse-prezident J.D. Vance-in də iştirakı ilə imzalana biləcəyini açıqlayan Tramp qeyd edib ki, "Razılaşma imzalanan kimi Hörmüz boğazı açılacaq".
Razılaşmanın yetkin olduğuna inandığını bildirən ABŞ prezidentinin fikrincə, "İran lideri də razılaşmanı təsdiqləyib. İranda hər kəs razılaşmanı qəbul edib".
Tehran isə danışıqların mətni ilə bağlı yekun razılaşmanın əldə olunduğu iddialarını təkzib edib.
Vallah, dünyaya Tramp qədər qeyri-ciddi adam gəlməyib. Bir saatın içində qısır şimşək kimi gur-gur guruldayıb, sonra isə bird amla yağdırmadan sükuta qərq olur. Anlamaq olmur ki, İran bu boyda adamı barmağına dolayıb, yoxsa Tramp bizimlə məzələnir?
Müəllif: Heydər Oğuz - "DİA-AZ"

Geri qayıt