Əsas Səhifə > Dünya > Rus teatrın girişində Avropa İttifaqının bayrağı dalğalanır...

Rus teatrın girişində Avropa İttifaqının bayrağı dalğalanır...


Bu gün, 04:16

Rusiyanın tarixində Putin rejimi qədər rus mədəniyyətinə və rus dövlətinin nüfuzuna zərbə vuran ikinci üsul-idarə tapmaq müşkül məsələdir. İyunun 4-də Kiyevdə dahi yazıçı Bulqakovun abidəsini uçurtdular. Ziddiyətli qərardır, çünki mənim üçün Bulqakov sovetizmə-stalinizmə qarşı istedadlı ədəbi sözlə silahlanıb müqavimət göstərən ən parlaq və fədakar yazıçı olub. Amma ukraynalıları - “rusizmin” ekspansiyasından zülm çəkən xalqın da öz həqiqəti var: Qızıl OrdAnın və Qızıl OrdUnun irsini təcəssüm etdirən rus mədəniyyətinin izlərini belə silmək lazımdır ki, gələcəkdə “rusizm” bu məmləkətdə revanş üçün sosio-mədəni məkan və istinad nöqtəsini tapa bilməsin. Bu məntiqi bölüşürəm!
İndi isə Kişinyovda Çexovun adını daşıyan Rus Dram Teatrının fasadına diqqət yetirin. Ötən gün Kişinyovda bu parlaq teatrın dahi Dostoyevskinin “Бесы» tamaşasında oldum. Ən maraqlı məqam - rus teatrın girişində Avropa İttifaqının bayrağı dalğalanır. Taleyin ən böyük ironiyası!
Keçmiş sovet xalqları dahi rus əsəbiyyatından imtina etmək istəməsə də, fəqət rus simvolikasından çəkinir və utanır, çünki bu gün rusizm qəsbkarlıq, barbarlıq, repressiya və diktatura, imperialist müharibə kimi antiinsani fəlsəfənin başlıca ideya daşıyıcısına çevrilib. Təzadlı hisslərdi: rus əsəbiyyatına qibtə edirsən, fəqət mədəniyyətini Avropa bayrağına pərdələyirsən. Ziyalı və mədəni insan üçün müasir zamanda Rusiyanın bayrağı rüsvayçılığın simvolizminə çevrilib…
Müəllif: Eynulla Fətullayev - "DİA-AZ"

Geri qayıt