Əsas Səhifə > Dünya > Köhnə Yuqoslaviyada yeni BARIŞ MODELİ
Köhnə Yuqoslaviyada yeni BARIŞ MODELİBu gün, 06:20 |
|
Srebrenitsa və Sarayevo qətliamları bəşər tarixində ən böyük faciələrdəndir, Bosna müsəlmanlarının tarixi yaddaşında bu qanlı qırğınlar dərin iz buraxıb. Müsəlmanlar serbləri bağışlayıbmı? Bağışlayıb, amma unutmayıb. Çox qısa zaman kəsiyində Sarayevoda həyat öz axarına döndü, heç kimin inanmadığı unikal Deyton modeli serblərlə müsəlmanları və xorvatları geri dönüş nöqtəsinə qaytardı: qatı düşmənlər əski zamanlardakı kimi yenə bir şəhərdə yaşayır, qohum olur, dostluq edir… və xoşbəxtlik amalına - Avropa İttifaqına üzvlüyünə can atırlar. Gələcəklə yaşayırlar, amma keçmişi də unutmurlar. Qanlı xatirələri pafossuz və vətən-şüvənliksiz dilə gətirirlər…
Sarayevoda dünya tərəfindən tanınmış qətliama ithaf edilmiş memorial kompleks ucalmayıb… Ən böyük memorial elə yaddaşdır. Şəhərin mərkəzi küçələrində qan gölməçələrini canlandıran al rəngə boyanmış döşəmə plitələrinin üstündən keçən insanlar hər gün müharibə dəhşətlərini xatırlayır. Bu küçələrlə həm serblər, həm də müsəlmanlar irəlliləyir. Gələcəyə, daha xoşbəxt həyata, inamla, arxaya baxmadan, qan izlərini tapdaya-tapdaya…
Müəllif: Eynulla Fətullayev - "DİA-AZ"
Geri qayıt |