Əsas Səhifə > Dünya > Fars-molla rejimi artıq Tramp hakimiyyətinə inanmır...
Fars-molla rejimi artıq Tramp hakimiyyətinə inanmır...Bu gün, 09:00 |
|
İranın ali dini liderinin müşaviri Möhsün Rezai ABŞ Prezidenti Donald Trampı “sayca üçüncü xəyanət diplomatiyasında” ittiham edib. "DİA-AZ" xəbər verir ki, buna səbəb kimi o, ABŞ-nin davam edən blokadasını və danışıqlarda onun təbirincə “fövqəladə tələblər” irəli sürməsini göstərib.
Xameneinin müaşvirinin sözlərinə görə, Trampın mövqeyi göstərir ki, o, danışıqlara sadiq deyil və başqa hədəfləri var.
Rezainin açıqlaması Trampın Vaşinqtonda köməkçiləri ilə İranla müharibənin bitməsi şərtlərinin razılaşdırılması görüşündən sonraya təsadüf edib. Bu görüşdən sonra hər hansı yekun qərarla bağlı açıqlama verilməyib.
ABŞ müdafiə naziri Pit Heqset Trampla görüşdən sonra Sinqapurda qatıldığı konfransda açıqlama verərək, Vaşinqtonun İrana qarşı hərbi fəaliyyətlərə hazır olduğunu açıqlayıb.
ABŞ ilə İran arasında danışıqlar bir aydan çoxdur davam edir. Vaşinqton İrandan Hörmüz boğazının dərhal açılmasını və nüvə ehtiyatlarından dərhal imtina etməsini tələb edir. İran isə nüvə ehtiyatlarından imtina etmək niyyətinin olmadığını bəyan edib.
Geri qayıt |