Əsas Səhifə > Dünya > ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmirBu gün, 06:18 |
|
ABŞ və İran arasında hazırlanması müzakirə olunan mümkün saziş layihəsi hələlik Tehranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarından necə imtina edəcəyi məsələsini həll etmir. Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb. Məlumata görə, müzakirə olunan sazişin əsas elementlərindən biri İranın topladığı yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə hazır olmasıdır. Lakin nəşr vurğulayır ki, layihədə bu prosesin hansı mexanizmlə həyata keçiriləcəyi ilə bağlı konkret razılıq yoxdur. Qəzetin yazdığına görə, İranın nüvə proqramı ilə bağlı bu detal növbəti danışıqlar mərhələsində ayrıca müzakirə ediləcək. Geri qayıt |