Əsas Səhifə > Dünya > ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıb
ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıbBu gün, 06:18 |
|
Venesuelanın Karakas şəhərindəki "RV-1" reaktorundan 13,5 kiloqram zənginləşdirilmiş uran ölkədən çıxarılaraq ABŞ-a aparılıb. APA xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi açıqlama verib. 20 faiz zənginləşdirmə həddini aşan bu materialın 1991-ci ildə reaktordakı tədqiqat fəaliyyətləri başa çatdıqdan sonra artıq qaldığı bildirilir. Reaktordan təhlükəsiz şəkildə çıxarıldıqdan sonra uran Venesueladakı bir limana aparılaraq xüsusi gəmiyə yüklənib və ABŞ-a göndərilib. Geri qayıt |