Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanı ABŞ-ın “Azadlıq layihəsi” əməliyyatına dəstək verməkdən imtina edib

Səudiyyə Ərəbistanı ABŞ-ın “Azadlıq layihəsi” əməliyyatına dəstək verməkdən imtina edib


Bu gün, 07:07

Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətini təmin etmək üçün başladığı “Project Freedom” əməliyyatına dəstək verməkdən imtina edib.

NBC News telekanalının ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton əməliyyat barədə Körfəz ölkələrini əvvəlcədən məlumatlandırmayıb.

Donald Trampın “Truth Social” platformasında əməliyyatın başladığını elan etməsi isə Ər-Riyadda narazılıq yaradıb.

Buna cavab olaraq Səudiyyə Ərəbistanı ABŞ-yə bildirib ki, Amerika hərbi qüvvələri şahzadə Sultan adına aviabazadan istifadə edə bilməyəcək və ölkənin hava məkanı onlar üçün bağlanacaq.

Məlumata görə, Trampın vəliəhd şahzadə Məhəmməd bin Salmanla telefon danışığı da vəziyyəti dəyişməyib. Bundan sonra ABŞ əməliyyatı müvəqqəti dayandırmaq məcburiyyətində qalıb.


Geri qayıt