Əsas Səhifə > Dünya > İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib

İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib


Bu gün, 05:05

ABŞ tərəfinə vasitəçilərlə təqdim edilən İran təklifləri, uranın zənginləşdirilməsi proqramının 15 illik dayandırılmasını əhatə etmir.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, Tehranın cavab paketində Vaşinqtonla yekun razılaşma əldə olunana qədər Hörmüz boğazının kommersiya gəmiləri üçün açılması ilə bağlı bənd də yoxdur.

Qeyd olunub ki, İran tərəfi Amerika təşəbbüsünə cavab olaraq 9 bənddən ibarət 14 bəndlik təklif hazırlayıb.

"Fars" agentliyi Tehranın danışıqlar prosesi başa çatana qədər uran zənginləşdirilməsinin uzunmüddətli dondurulması və Hörmüz boğazının açılmasını əhatə edən şərtləri qəbul etmədiyini vurğulayıb.


Geri qayıt