Əsas Səhifə > Dünya > Tramp danışıqlar masasını pozmağa çalışır?..
Tramp danışıqlar masasını pozmağa çalışır?..Bu gün, 09:33 |
|
Bu gün və ya sabah Pakistanda İranla ABŞ danışıqlarının ikinci turu başlayacaq. "DİA-AZ" xəbər verir ki, ABŞ böyük həvəslə danışıqlara hazırlaşıb və öz nümayəndələrini artıq İslamabada göndərib.
İranın isə bu görüşə qatılıb-qatılmayacağı belə bəlli deyil.
İran parlamentinin sədri və danışıqların baş müzakirəçisi Məhəmməd Baqir Galibaf “X” paylaşımında yazıb:
“Tramp yenilənmiş hərbi əməliyyatları haqlı çıxarmaq üçün mühasirə tətbiq edir və atəşkəsi pozaraq bu danışıqlar masasını təslim masasına çevirmək istəyir.
Biz təhdidlərin kölgəsi altında danışıqları qəbul etmirik və son iki həftə ərzində döyüş meydanında yeni kartlar göstərməyə hazır olmuşuq”.
Geri qayıt |