Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                 

İCRA BAŞÇISININ DİZİNİ BÜKDÜYÜ YARICAN AĞDAM
Tarix: 4-07-2013, 16:40 | Çap et
İCRA BAŞÇISININ DİZİNİ BÜKDÜYÜ YARICAN AĞDAM
Vətəndaşların bəzi rayonların icra başçılarının idarəçiliyinə, onların fəaliyyətlərindəki çatışmazlıqlarına qarşı narazılıqları bir sıra məmurların işindəki yarıtmaz məqamlardan xəbər verir. Məhz buna görədir ki, bəzi yaşayış məskənlərində, xüsusən də Ermənistan silahlı birləşmələrinin işğal etdiyi rayonlardan olan qaçqın və məcburi kökünlərin yaşadığı yerlərdə insanlar tez-tez öz hüquqlarını tələb etməyə başlayırlar. Belə yaşayış məskənlərindən biri də Ağdam rayonudur. Həmin rayondan olan sakinlərin kütləvi informasiya vasitələrinə müraciətləri Həsən Sarıyevin xələfi Nizami Sadıqovun da məcburi köçkünlərin problemlərini köklü surətdə həll etmədiyini göstərir. Qeyd edək ki, uzun illər sabiq icra başçısı Həsən Sarıyevin bir sıra əməllərinə dözən ağdamlılar Nizami Sadıqovun rayona rəhbər gətirilməsindən sonra vəziyyətin əsaslı şəkildə dəyişəcəyinə ümid etsələr də, bu baş vermədi.

Sakinlərin DİA.AZ-a bildirdiyinə görə, Ağdam Rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsinə təyin olunan sabiq polis rəisi Nizami Sadıqov icra başçısı kürsüsündə də özünü rəis kimi aparır. Ağdamlılar deyirlər ki, onun yanına gələn bəzi narazı insanların şikayətləri, müraciətləri hələ də həll olunmamış qalır. Şikayətçilərin problemlərinin hamısını həll etməyən Nizami Sadıqov hətta rəis sayağı sözlərindən də qalmır. Qeyd olunur ki, rayonun büdcə təşkilatlarının rəhbər şəxslərinin yığıncağında Nizami Sadıqov bəzi rayonların rəhbərləri kimi iclaslarını ağır ittihamlarla, gərgin formada idarə edir.

Ağdamda səhiyyə və təhsil işçiləri də müxtəlif problemlərdən şikayətçidirlər. Qeyd olunur ki, bəzi məktəblərdə müxtəlif tədbirlər adı altında müəllimlərdən, həkimlərdən pullar yığılır.

Sakinlərin sözlərinə görə, bəzi şəxslər telekanallarda müxtəlif incəsənət yarışmalarına çıxan ağdamlı gənclərə "sms" göndərilməsi üçün də pul yığdırırlar. Amma hər dəfə "sms" adı ilə külli miqdarda vəsait toplanmasına baxmayaraq, əksər hallarda yarışmalardan heç bir ağdamlı qalib çıxa bilmir. Sakinlər həmin pulların kimlərsə tərəfindən mənimsənildiyi qənaətindədirlər.

Hələ az müddət əvvəl Çəmənli kəndindən olan sakinlər Nizami Sadıqovun icra başçısı olmasına baxmayaraq, ermənilərlə sərhəd kəndlərdə yaşayan əhalinin durumu ilə maraqlanmamasından giley-güzar etmişdilər. Sakinlər bildirmişdilər ki, Nizami Sadıqov özü oturub, Quzanlıda, amma bu kəndlərə gəlib-getmir ki, camaatın vəziyyəti necədir.

Ağdamın ermənilərlə sərhəd bölgəsində də vəziyyət dözülməzdir. Demək olar ki, hər gün güllə səslərinə oyanan kənd sakinlərinin gündəlik qayğıları da onları rahat buraxmır. Yeganə dolanışıq mənbələri kiçik sahibkarlıq və soğançılıq olan ağdamlılar firavan həyatı çoxdan unudublar.

Əlavə edək ki, rayonda ünvanlı sosial yardımların verilməsində də problemlərin, qaranlıq məqamların olduğu deyilir. Bu məsələ ilə bağlı ayrı-ayrı rayon sakinləri müvafiq dövlət orqanlarına kütləvi şikayətlər göndərsə də, nəticə yoxdur. Ağdam kəndlilərini narahat edən ən ciddi məsələ isə su problemidir. Belə ki, kəndlərin böyük əksəriyyəti su sarıdan əziyyət çəkir. Rayonun Çəmənli, Üçoğlan, Əffətli kəndlərinin sakinlərinin inşa etdikləri artezianlar da artıq sıradan çıxıb. Sakinlərin sözlərinə görə, hələ 2005-ci ildə onlara hədiyyə edilən artezianlar tez-tez sıradan çıxır. Amma rayonun heç bir dövlət qurumu bu artezanların təmiri ilə məşğul olmur. Əlacsız qalan insanlar öz aralarında pul toplayaraq, artezianları təmir etdirirlər.

Sakinlər baş verənləri rayonun müvafiq orqanları rəhbərlərinin camaata laqeydliyi ilə əlaqələndirirlər. Bu arada izahat üçün əlavə edək ki, ağdamlıların böyük ümid bəslədikləri, lakin sakinlərin böyük arzularını gözündə qoyan Nizami Sadıqov bu vəzifəyə (yuxarıda qeyd etdiyimiz kimi) elə polis rəisi vəzifəsindən gəlib. O, 1990-cı ildən 1992-ci ilə kimi Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləyib. 1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində çalışıb.

Bu arada icra başçısıyla bağlı maraqlı bir faktı da nəzərinizə çatdırmaq yerinə düşərdi. Belə ki, Nizami Sadıqov Şuşa şəhəri və Ağdam rayonu işğal edildikdən sonra toylarda oynamağı özünə yasaq edib. Təəccüblüdür, toya getmək, içki məclislərində, ziyafətlərdə musiqi sədaları altında əylənmək nə deməkdir, həmin məclislərdə oynamaq nə demək? Belə isə gərək heç toylara da getməyəsən. Ondansa Ağdamın, ağdamlıların illərdən bəri yığılıb qalmış sosial problemlərini həll etmək lazımdır.

Bu məsələ də sual doğurur: 1970-ci ildə "Lenin 100 illik medalı" ilə təltif edilən Nizami Sadıqov (yəqin ki, o, indi daha Leninin medalını taxmır) 2006-cı ildə nəyə görə "İgidliyə Görə" medalı ilə təltif edilib?

2009-cu ilin 1 sentyabrından Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən icra başçısı Nizami Sadıqov Qaçqın və Məcburi Köçkünlərləİş üzrə Dövlət Komitəsindən Ağam rayon 33 saylı orta məktəb üçün dördmərtəbəli bina ayrılıb. Amma burada Ağdam camaatı üstünlük təşkil eləmir. Əsasən Füzulidən, Zəngilandan, Qubadlıdan olanlar üstünlük təşkil edir. Məktəbdə demək olar, başqa rayonlardan olan şagirdlər dərsə gəlirlər. Qeyd edək ki, bununla bağlı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqova da çoxsaylı müraciətlər edilib. Şikayətçilər icra başçısına baş verənlərlə bağlı müraciət ediblər. Amma deyirlər ki, qaçqınları Ağdama ayrılan həmin məktəb binasının üçüncü, dördüncü mərtəbəsində yerləşdirmək lazımdır. Nizami Sadıqov deyir ki, "Qaçqınkom" ayırıbsa, gəlsin aparsın. Yəni nə edirlərsə-etsinlər, yer tapıb versinlər. Onun sözlərindən belə çıxır ki, problem rayon rəhbərliyini sanki qayğılandırmır. Qaçqın və məcburi köçkün ailələrinin övladlarının təhsil aldığı məktəbin rəhbərliyi nə etməlidir, işçi qüvvəsini hardan almalıdır ki, bir neçə ton ağırlığı olan pianoları yenidən aşağı endirsinlər. Axı kifayət qədər ağır olan pianoları aşağı mərtəbəyə endirəndə onlar həm də kökdən düşür. Axı bəzi laqeyd insanları kökləmək olur, pianonu isə yox. Obrazlı desək, kiminsə damarına bir iynə vuranda onu "kökləmək" olur, o ki qaldı pianoya, bu məsələ bir az qəlizləşir.

DİA.AZ bildirir ki, bütün bunlar ağdamlıların problemlərinin cüzi hissəsidir. Sosial çatışmazlıqlar kifayət qədərdir. Habelə Ağdam Rayon İcra Hakimiyyətinin başçısının da yaşı kifayət qədərdir (63 yaş-müəllif). Qeyd etdiyimiz kimi, rayonun icra orqanının başçısının yaşı həddən artıq çoxdur. Ola bilər ki, bu səbəbdən də bəzi vacib məsələlər Nizami Sadıqovun diqqətindən yayınır, bəzi problemlərin həlli isə unudulur.

Lakin icra başçısının nəzərinə çatdırmaq istəyirik ki, ondan fərqli olaraq biz heç nəyi unutmuruq. Məsələn, heç vaxt yaddan çıxarmırıq ki, Ağdam Rayon Təshil Şöbəsinin tabeliyində olan 33 saylı orta məktəbdə nələr baş verir. Nizami Sadıqov da yaddan çıxarmasın ki, bu təhsil ocağında nələr baş verir, hansı proseslər diqqət mərkəzindədir. Ağdam Rayon İcra Hakimiyyətinin rəhbəri bilsin ki, sözügedən təhsil müəssisəsində - 33 saylı orta məktəbdə ərlə arvad elə ikisi bir yerdə işləyirlər. Amma bu, ancaq başqa yerdə, ayrı, özəl müəssisələrdə belə ola bilər. Qanuna görə təhsil ocağında yox. Çünki ərlə arvadın bir yerdə çalışmasına icazə yoxdur. Nə Təhsil Nazirliyi buna icazə verir, nə də ki, qüvvədə olan qanunumuz. Ərlə arvadın eyni təhsil müəssisəsində çalışması düzgün deyil.

Qeyd edək ki, 33 saylı orta məktəbdə baş verən proseslərlə müfəssəl şəkildə qəzetimizin növbəti saylarında tanış olacaqsınız. Bizi izləməyi unutmayın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
23-05-2026, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
23-05-2026, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
23-05-2026, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
23-05-2026, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
23-05-2026, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
23-05-2026, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
23-05-2026, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
23-05-2026, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
23-05-2026, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
23-05-2026, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
23-05-2026, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru