Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > Peşə məktəblərində direktorların "qara siyahısı"
Peşə məktəblərində direktorların "qara siyahısı"6-08-2026, 15:26 |
|
Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrində aparılan direktor dəyişikllərinin növbəti mərhələsinə start verildiyi bildirilir. Son aylarda ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərən peşə məktəblərində rəhbər dəyişikliyi həyata keçirilib, yeni direktorlar təyin olunub. Məlumatlara görə, bu proses yaxın aylarda daha geniş miqyas alacaq. Məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyi artıq bir neçə peşə təhsili müəssisələrinin rəhbərlərinin bəzi fəaliyyəti ilə bağlı aidiyyəti qurumlara təqdimatlar göndərilib və araşdırmalara başlanılıb. İddialara əsasən, yoxlamaların nəticəsindən asılı olaraq həmin direktorların vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul oluna bilər. Bizimesr.media-nın əldə etdiyi məlumata görə, rəhbər dəyişikliyi gözlənilən müəssisələrdən bəziləri bunlardır: Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - Hazırda direktor vəzifəsini icra edən Əlağa Kərimovun vəzifədən uzaqlaşdırılacağı, mərkəzə isə yeni xanım direktorun təyin ediləcəyi gözlənilir. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - Direktor Pərviz Həmzəyevin də vəzifəsindən uzaqlaşdırılması gözlənilir. Bununla yanaşı, növbəti mərhələdə Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərən digər peşə təhsili müəssisələrinin rəhbərləri ilə bağlı da kadr qərarlarının veriləcəyi gözlənilir. Geri qayıt |