Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT...
"Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT...Bu gün, 13:13 |
|
"Özünə və imicinə hörmət edən transmilli şirkət uzun illər ona xidmət etmiş əməkdaşını xəsarət aldıqdan sonra bu vəziyyətə salmaz və məhkəmələrdə prosesi süni şəkildə uzatmazdı..." "DİA-AZ" xəbər verir ki, bu qeydin müəllifi olan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı daha sonra "AzəriMDrillingFluids" MMC-də iş zamanı xəsarət almış Teymur Məmmədquliyevin gileyini ictimailəşdirib:
"20 ildən artıq "Azəri M-I Drilling Fluids" MMC-də gecə növbəsi supervayzeri vəzifəsində çalışmışam. 09.12.2022-ci il tarixində rəhbərliyin qanunsuz tapşırığı ilə xüsusi sertifikatım olmayan təhlükəli kran əməliyyatına cəlb olunaraq ağır istehsalat xəsarəti almışam. Xəsarətlərlə bağlı ayağımdan və qolumdan iki ağır cərrahiyyə əməliyyatı keçirmişəm. 1 il 6 ay (16 may 2024-cü ilə qədər) uzunmüddətli reabilitasiya kursu keçdikdən sonra mənə 20 faiz peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi təyin edilib.
Hadisədə
Bildirək ki, daha sonra NHMT sədri məsələyə müvafiq olaraq bunları əlavə edib: "Problemlə əlaqədar aşağıda qeyd etdiyim qurumlara şikayət etdikdə isə:
- İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman Apparatı):
Cavab: Müraciətimə baxılmasına baxmayaraq, şirkətin qanunsuzluqlarının qarşısının alınması üçün heç bir real köməklik və ya təsirli tədbir göstərilmədi.
-Dövlət Əmək Müfəttişliyi Xidməti (ƏƏSMN):
Cavab: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə" fərmana və məsələnin məhkəmədə olmasına istinad edərək müdaxilə etməkdən imtina etdilər, məhkəməyə müraciət etməyi məsləhət gördülər.
-İstehlak Bazarına Nəzarət və Antiinhisar Dövlət Xidməti:
Cavab: Əmək münasibətlərinin onların səlahiyyətinə aid olmadığını bildirərək hüquqlarımı yalnız məhkəmə yolu ilə müdafiə edə biləcəyimi cavablandırdılar.
Yekun: Bütün bu dövlət qurumları yalnız formal cavablar verərək məni məhkəməyə yönləndirdilər.
Lakin hesab edirəm ki, əgər bu şirkət öz nüfuzuna, statusuna, reputasiyasına və qazandığı tenderlərə həqiqətən dəyər versəydi, öz işçisinə qarşı bu cür qanunsuzluqlara və kobud inzibati özbaşınalıqlara yol verməzdi. Özünə və imicinə hörmət edən transmilli şirkət uzun illər ona xidmət etmiş əməkdaşını xəsarət aldıqdan sonra bu vəziyyətə salmaz və məhkəmələrdə prosesi süni şəkildə uzatmazdı.
Birgə şirkətin səhmlərinin 51%-i SOCAR-a, 49%-i isə ABŞ-ın Texas ştatında qeydiyyatda olan “M-I Swaco”ya məxsusdur. Rəhbəri Rüfət Miratayevdir.
Görəsən Azəri M-1Drilling Fluids" MMC -nin benefisiar sahibi kimdi?.."
Geri qayıt |